Şəhidlərin əziz xatirəsinə həsr olunmuş “Sağlam olaq – Donor olaq” şüarı altında qanvermə aksiyası təşkil olunacaqBölmə: Xəbər
![]() Şəhidlərin əziz xatirəsinə həsr olunmuş “Sağlam olaq – Donor olaq” şüarı altında qanvermə aksiyası təşkil olunacaq Xalqinfo.az-a daxil olan məlumatda bildirilir ki,“Arpaçay Karate Klubu” və “Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi”-nin birgə təşkilatçılığı, İnclusive Organization Team və Mərkəzi Qan Bankının tərəfdaşlığı, həmçinin Bakı İdman Sarayının dəstəyi ilə Şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş “Sağlam olaq - Donor olaq” şüarı altında qanvermə aksiyası təşkil olunacaq. Aksiya Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına uyğun, həmçinin Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində təşkil edilir. Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin mətbuat xidmətindən verilən məlumata əsasən, qanvermə aksiyası 20.01.2024-ci il tarixində, saat 10:00-dan 16:00-dək Bakı İdman Sarayında həyata keçiriləcəkdir. Toplanan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya, eləcə də leykoz (Qan xərçəngi) xəstəliyindən əziyyət çəkən şəxslər üçün istifadə olunacaq. Qeyd edək ki, həmin tarixdə Bakı İdman Sarayında Arpaçay Karate klubunun təşkilatçılığı, Gənclər və İdman nazirliyi və Azərbaycan Karate Federasiyasının birgə dəstəyi ilə Səhidlərimizin əziz xatirəsinə həsr olunmuş “ARPAÇAY OPEN” karate turniri keçiriləcək. Şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş “ARPAÇAY OPEN” karate turnirinin rəsmi açılış mərasimi Yanvar ayının 20-də, saat 16:00-da baş tutacaq. Giriş sərbəstdir! |
XƏBƏR LENTİ
20.04.25 07:21 | “Kursk vilayətinin 99,5 faizi azad edilib”
20.04.25 07:19 | Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
20.04.25 04:27 | Bu generala yüksək vəzifə verildi
20.04.25 04:16 | İcra başçısının qazi haqda şikayəti ilə bağlı qərar verildi
20.04.25 04:12 | Ağstafada toydan uşaq oğurlayan qazi saxlanıldı
20.04.25 04:06 | Putin “Pasxa atəşkəsi” elan etdi
20.04.25 04:02 | Şərurlu İsfəndiyarın oğlu həbs edildi
18.04.25 10:22 | Rusiya dünyada analoqu olmayan xərçəng dərmanı hazırladı
17.04.25 17:19 | “Səhhətlərində problem varsa, müalicə üçün şərait yaradılmalıdır”
17.04.25 17:17 | Prezident onları nazir müavini təyin etdi
17.04.25 17:06 | Orduxan Teymurxan Baş Prokurorluğa çağırıldı
17.04.25 14:12 | Temperatur 19 dərəcəyə yüksələcək
17.04.25 14:10 | Tiflis Bakının tələb etdiyi jurnalisti azad elədi
17.04.25 12:54 | Qızılın qiyməti rekordu yenilədi
17.04.25 12:45 | Ukrayna Basayevin hərbi taktikasını tətbiq edir
17.04.25 12:24 | Ukrayna burdan vurulur - Hərbi sirr yayıldı, RİA dərhal...
|