Vəkil özünü niyə yandırdı? - Müstəntiqə 10 min verib...Bölmə: Xəbər, BLOK XƏBƏR
Xəbər verdiyimiz kimi, Bakıda Vəkillər Kollegiyasının inzibati binasının yanında Salyan Vəkil Bürosunun üzvü Zaur İsa oğlu Məmmədov üzərinə tezalışan maddə tökərək özünü yandırıb. O, hadisə yerində ölüb. Xalqinfo.az Publika.az-a istinadən xəbər verir ki, vəkilin dostu Aşur Bədəlsoy özünün sosial media hesabında Zaur Məmmədovun intiharının səbəbi barədə paylaşım edib. O, dostu ilə sonuncu dəfə cümə günü Vatsap vasitəsilə danışdığını bildirib: "Son olaraq dost kimi deyim, haqqı üzərimdə qalmasın. Tanıdığım sözünə bütöv tək-tük insanlardan biri idi. Mənə Bakıda yerləşən istintaq orqanlarından birinin müstəntiqinə bir neçə həftə qabaq 10.000 manat pul verdiyini dedi. İşin həll olmadığını, müstəntiqin də pulu qaytarmadığını bildirdi. İşin yiyəsinin onu tutdurmaq üçün prokurorluğa şikayət edəcəyi ilə hədələdiyini qeyd etdi". Aşur Bədəlsoyun sözlərinə görə, Zaur Məmmədov çarə tapmadığını və özünü yandıracağını deyib: "Səhəri gün müstəntiqlə görüşəcəyini, olmasa, özünü öldürəcəyini dedi. Zarafat elədiyini düşündüm. Həll olacağını, səbirli olmağını məsləhət gördüm. O isə bir neçə başqa iş üçün də pullar verdiyini bildirdi. Bu gün səhərdən əlaqə saxlaya bilmədim. Narahat oldum... Xəbəri yayıldı..." |
XƏBƏR LENTİ
01.09.24 22:06 | Parlament seçkilərinin növbəti “Exit poll” nəticələri - Siyahı
21.08.24 12:41 | Saqqal saxlamaq istəməyən 280 polis işdən çıxarıldı
13.08.24 12:23 | Məhkəmə Əli Kərimli ilə bağlı şikayəti qəbul etmədi
12.08.24 15:33 | Elmar Məmmədyarov Rusiyaya səfir gedir?
12.08.24 15:28 | Ən çox şikayət edilən bankların SİYAHISI
12.08.24 15:26 | Kurskda rus qadının Ukrayna əsgərinə bu sözü şoka saldı
12.08.24 15:21 | Rus hərbçiləri Ukrayna ordusuna kütləvi şəkildə təslim olub
12.08.24 15:13 | ABŞ və İngiltərə Yəməni vurdu
12.08.24 15:12 | Ermənilər Azərbaycanla sərhəddə xidmətdən imtina etdi
12.08.24 15:06 | Prezidentdən başsağlığı
12.08.24 15:04 | Qətlə yetirilən biznesmenin qardaşı oğlu həbs edildi
|