» » Qusarda 3 nəfər göbələkdən zəhərləndi, 2-si öldü

Qusarda 3 nəfər göbələkdən zəhərləndi, 2-si öldü

Bölmə: Xəbər
Qusarda 3 nəfər göbələkdən zəhərləndi, 2-si öldü




Qusar rayonunda 3 nəfər göbələkdən zəhərlənib, onlardan ikisi ölüb.

Xalqinfo.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Mirzə Vəliyev küçəsində yerləşən evlərdən birində qeydə alınıb.

Burada kirayədə yaşayan Cəlilabad rayon sakinləri, 1980-cı il təvəllüdlü Şamil Yusif oğlu Zeynalov, 1976-cı il təvəllüdlü Sabir Yusif oğlu Zeynalov və şəxsiyyəti hələ dəqiqləşdirilən şəxs evdə yedikləri göbələkdən zəhərləniblər.

Nəticədə S.Zeynalov və digər bir nəfər ölüb. Ş.Zeynalov isə xəstəxanaya yerləşdirilib.

Meyitlər müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qusar rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Sabir və Şamil Zeynalovlar qardaş olub. Onlar işləmək üçün Qusar rayonuna gəlib

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler