» » Hacıqabuldakı yanğında 5 nəfər öldü -

Hacıqabuldakı yanğında 5 nəfər öldü - Yenilənib + Fotolar

Bölmə: Xəbər
Hacıqabuldakı yanğında 5 nəfər öldü -





Hacıqabulda ikimərtəbəli yataqxanada yanğın olub.

Bu barədə Xalqinfo”ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hadisə rayonunun Navahı qəsəbəsində baş verib.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam edir.



Yataqxana binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

Yanğın nəticəsində 5 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

“Xalqinfo” “Report”a istinadən xəbər verir ki, yataqxanada məskunlaşmış Zəngilan sakinləri, ikisi azyaşlı olmaqla 5 nəfər - 42 yaşlı Aybəniz Abışova, 73 yaşlı Sara Abışova, 80 yaşlı Mütəllim Mahmudov, 11 yaşlı Elgün Sadıqov və bacısı 13 yaşlı Zəhra Sadıqova yanaraq ölüblər.

Hadisə zamanı 2 nəfər isə yanıq xəsarəti alıb. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.




Hacıqabuldakı yanğında 5 nəfər öldü -
Hacıqabuldakı yanğında 5 nəfər öldü -


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler