» » "Ermənistan bizə hücum etsə, sakit oturmayacağıq" -

"Ermənistan bizə hücum etsə, sakit oturmayacağıq" - Əmirbəyov

Bölmə: Xəbər
"Ermənistan bizə hücum etsə, sakit oturmayacağıq" -




Azərbaycan yenidən Avropa İttifaqı ilə üçtərəfli formatda danışıqlara hazırdır.

"Xalqinfo" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Fransanın “Radiofrance”a müsahibəsində deyib.


E.Əmirbəyov qeyd edib ki, Azərbaycan sülhə nail olmaq üçün Ermənistanla danışıqları bərpa etmək istəyir:

"Təbii ki, Ermənistan bizə hücum etsə, sakit oturmayacağıq. Amma mən inanmıram ki, bu, Ermənistanın marağındadır. Bizə danışıqlar yoluna qayıtmaq və Avropa İttifaqının sülh prosesini irəli aparmaq istəyindən yararlanmaq lazımdır. Sərhədlərin delimitasiyası, kommunikasiya xətləri haqqında danışmaq lazımdır. Biz buna diqqət yetirməliyik. Azərbaycanla danışıqlara hazır olduğunu bildirən, eyni zamanda bütün cəbhələrdə diplomatik müharibə aparan Ermənistan isə ikili oyun oynayır. Əgər Ermənistan sülhün və sabitliyin bərqərar olması üçün səylərimizə qoşularsa, biz öz üzərimizə düşən işi görməyə tam hazırıq. Şarl Mişel Avropa Şurasının prezidenti kimi danışıqların bərpasına kömək etmək üçün yaxşı iş görüb. Azərbaycan yenidən Avropa İttifaqı ilə üçtərəfli formatda danışıqlara hazırdır.

Biz, demək olar ki, otuz ildir davam edən bu düşmənçiliyə son qoyacağıq. Ermənistanın Azərbaycanın yeni müharibəyə hazırlaşacağı ilə bağlı iddiaları tamamilə əsassızdır. Biz Ermənistanın, eləcə də dünyanın bütün digər ölkələrinin ərazi bütövlüyünə hörmətlə yanaşırıq", - deyə o bildirib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler