» » Vardanyan ÇƏRƏNLƏDİ: "Geriyə yol yoxdur, müharibəyə hazırlaşırıq"

Vardanyan ÇƏRƏNLƏDİ: "Geriyə yol yoxdur, müharibəyə hazırlaşırıq"

Bölmə: Xəbər
Vardanyan ÇƏRƏNLƏDİ: "Geriyə yol yoxdur, müharibəyə hazırlaşırıq"




“Geri çəkilməyə yer yoxdur, qərar qəbul etmək lazımdır, hər gün hazırlaşırıq”.

KONKRET.az xəbər verir ki, bunu Rusiyanın Qarabağdakı oliqarx tulası Ruben Vardanyan erməni televiziyasına müsahibəsində bildirib.


“İlk növbədə Arayik Arutyunyan mühüm addımlar atmalıdır. Geri çəkilmək üçün heç bir yer yoxdur, qərar vermək lazımdır. Hər kəs vəziyyəti anlayır və əlimizdə olan qüvvələrlə vətənimizi müdafiə etməyə hazırlaşmalıdır”, – Vardanyan deyib.

Onun sözlərinə görə, Azərbaycan onlar üçün heç bir seçim qoymur.

“Biz hər şeyə hazırlaşmalıyıq. Bu vəziyyətdə öz gücümüzə arxalanmalıyıq. Dünyaya başa salmağa çalışaq ki, bu gün baş verənlərin Azərbaycanın istədiyi yanaşmaya uyğun həlli yoxdur. Biz Azərbaycanın bir hissəsi olmaq istəmirik. Bu, ermənilərin Qarabağdan qovulmasına gətirib çıxaracaq. Bu, bizim üçün qəbuledilməz olacaq.

İndi aydın olacaq: ya siz ermənisiniz və Qarabağın yanında dayanırsınız, ya da erməni deyilsiniz.

Biz vəziyyəti başa düşürük və hər gün hazırlaşırıq. Lazımi səviyyədə hazır olmaq üçün hər şeyi edirik, mövqeyimiz aydın və konkret olacaq”, – deyə Vardanyan çərənləyib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler