Federasiya Mehman Xəlilovla bağlı açıqlama yaydıBölmə: Xəbər
![]() Azərbaycan Cüdo Federasiyası Sumqayıtda 7 yaşlı uşağın idman zalında aldığı xəsarət nəticəsində həyatını itirməsi ilə bağlı açıqlama yayıb. “Xalqinfo” xəbər verir ki, açıqlamada deyilir: “Sumqayıtda 7 yaşlı uşağın idman zalında aldığı xəsarət nəticəsində həyatını itirməsi ilə bağlı yayılan xəbərdə cüdo idman növünün adı çəkilir və bununla əlaqədar kütləvi informasiya vasitələrindən Azərbaycan Cüdo Federasiyasına (ACF) çoxsaylı sorğular daxil olur. İlk öncə bütün cüdo ailəsi adından bədbəxt hadisə nəticəsində vəfat etmiş Fərid Bakarovun ailəsinə dərin hüznlə baş sağlığı diləyir, mərhumun vəfatından kədərləndiyimizi bildiririk. İctimaiyyətin diqqətinə çatdırırıq ki, mətbuatda gedən xəbərlərdə məşqçi kimi adı çəkilən Mehman Xəlilov cüdo idman növü üzrə məşqçi deyil. Belə ki, o, rəsmi olaraq başqa idman növü üzrə fəaliyyət göstərib və hadisənin baş verdiyi məşq də rəsmi olaraq digər idman növü üzrə keçirilib. ACF olaraq, məşq zamanı məşqçilərin müvafiq təhlükəsizlik prosedurlara riayət etmələrinə və idmançılarının təhlükəsizliyinin təmin olunmasına xüsusi önəm veririk. Cüdo məşqləri zamanı azyaşlı uşaqların üzərində mürəkkəb fəndlərin göstərilməsi qəti qadağandır. Həmçinin, məşqlərə yeni başlayan uşaqlara ilk növbədə təhlükəsiz yıxılmalar öyrədilir və yalnız bir neçə aydan sonra müvafiq sadə fəndlərin öyrədilməsinə başlanılır. Bütün bu məsələlərə Beynəlxalq Cüdo Federasiyasının Akademiyası ilə birlikdə təşkil edilən məşqçilik kurslarında və seminarlarda xüsusi diqqət yetirilir. Onu da qeyd edək ki, ACF tərəfindən 13 yaşa qədər uşaqların yarışlarında sağlamlığa xətər yetirə biləcək fəndlərin, xüsusilə başın yerə qoyulmasına səbəb ola biləcək fəndlərin istifadə olması qadağan edilib və məşqçilərə bu məsələyə diqqətlə yanaşmaları üçün qəti şəkildə tapşırıq verilib. Qadağan olunmuş fəndlərə daxildir: “Ura-nage”, “Yoko-guruma”, “Yoko-otoshi”, “Tani-otoshi”, “Sode-tsurikomi-goshi”, “Tomoe-nage’’, “Makikomi” texnikaları və iki qolu götürməklə atılan bütün fəndlər. Həmçinin, hücum və ya əks hücum edərkən diz və ya dizlərindən istifadə edərək fənd tətbiq etməyə cəhd edilməsi (məsələn, dizləri yerə qoymaqla çiyin üzərindən atmalar) qadağan edilib”. |
XƏBƏR LENTİ
02.06.23 08:53 | Rusiya Baxmutda 60 min hərbçi itirib - Şok
30.05.23 14:05 | Prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər
30.05.23 13:58 | Ərdoğan Cənubi Qafqazda faktordur – Moskvadan baxış
30.05.23 13:35 | Ərdoğan inqilabi dəyişikliklər edəcək: Onlar vəzifədən gedir
30.05.23 13:33 | Elxan Qasımov dəfn olundu
30.05.23 13:29 | Vardanyan ÇƏRƏNLƏDİ: "Geriyə yol yoxdur, müharibəyə hazırlaşırıq"
30.05.23 13:26 | Saakaşvili: Rusiya bu ərazidən parçalanmağa başlayacaq
30.05.23 13:23 | ABŞ Ukraynanı hər şeylə təmin edəcək - Bayden
30.05.23 13:18 | İrəvan nəzərə alsın: Ərdoğan bunu edəcək – İspiryan
30.05.23 13:16 | Prezidentlərin geniş tərkibdə görüşü başladı
28.05.23 19:53 | Ərdoğan irəlidədir - Nəticələr açıqlanır
22.05.23 18:46 | Sinan Oğan rəsmən qərarını açıqladı: Bu namizədi dəstəkləyəcək
20.05.23 01:53 | Ərdoğanın Sinan Oğanla görüşü başa çatdı - Yenilənib+Foto
18.05.23 08:45 | İlham Əliyev DTX ilə bağlı fərman imzaladı
17.05.23 15:49 | Ərdoğanın qalib olması üçün neçə min səsi çatmadı?
17.05.23 14:27 | Prezident Myasnikoviçi qəbul etdi
17.05.23 14:25 | İmamoğlu və Yavaş CHP binasını zəbt etdi – Şok məlumat
17.05.23 14:22 | "Ermənistan Moskva ilə əməkdaşlıqdan imtina edir" - Paşinyan
15.05.23 04:19 | İlham Əliyev Ərdoğanı təbrik etdi
14.05.23 22:21 | Səslərin 70.39%-i sayıldı: rəsmi nəticələr – Yenilənir
13.05.23 09:21 | Sərhəddəki təxribatın sifarişçisi kimdir?
13.05.23 09:18 | Şəhidimizin fotosu yayıldı
13.05.23 05:26 | Ordumuzun hərbçisi şəhid oldu
13.05.23 00:20 | Ulu Öndərin 100 illiyinə həsr edilmiş yarışın fədakarı
|