Bu məşhur şəxslər əfv oluna bilərBölmə: Xəbər
![]() Prezidentin çox böyük əfv sərəncamı imzalamasını həyəcanla gözləyirik. Müraciətlər həddən artıq çoxdur, hələ də siyahı üzərində iş gedir. Xalqinfo.az xəbər verir ki, bu sözləri Teleqraf.com-a açıqlamasında İnsan haqlarının müdafiəsi üzrə işçi qrupunun üzvü Novella Cəfəroğlu deyib. O ümid etdiyini bildirib ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar may ayının 10-a qədər əfv sərəncamı qüvvəyə minəcək: “Siyahı böyükdür. Əfv Məsələləri Komissiyasının iclaslarında OMON-çuların, 20 ildir həbsdə olan 17-19 yaşlı uşaqların, o cümlədən “Qaranquş” dəstəsinin məsələsi qaldırılıb. Böyük ümidlə gözləyirik ki, onların çoxu azadlığa buraxılacaq”. Hüquq müdafiəçisi həmçinin, hazırda həbsdə olan bəzi siyasi partiya üzvlərinin adlarının əfv siyahısına salındığını qeyd edib: “Ad açıqlamaq düzgün olmazdı. Amma Komissiyanın hazırladığı siyahıda AXCP və digər siyasi partiya üzvlərinin, siyasi fəalların, bloger və jurnalistlərin adları var. Məhbus siyasilərlə bağlı məsələnin tamamilə həll olunmasını arzu edirik”. “Keçmiş baş prokuror Eldar Həsənovun ailə üzvləri əfvlə bağlı müraciət edib, özünün də müraciəti olmalıdır. Sabiq deputat Hüseyn Abdullayev və Azərbaycan Beynəlxalq Bankının sabiq rəhbəri Cahangir Hacıyevin anaları və özləri müraciət ediblər. Siyasi fəal Bəxtiyar Hacıyevin məhkəmə işi yekunlaşmasa da, Prezidentə məktub yazıb. Ola bilsin, Prezident öz müstəsna səlahiyyəti çərçivəsində onu da əfv edər, amma məhkəmə bitmədiyi üçün adı siyahıda yoxdur”, - deyə Novella Cəfəroğlu bildirib. |
XƏBƏR LENTİ
11.05.25 05:54 | ABŞ təsdiqlədi: Ukraynaya 125 raket və 100 "Patriot"...
11.05.25 05:53 | Bu ölkədə şahmat qadağan edildi
11.05.25 05:49 | “Heydər Əliyevin qurduğu dövlət hədəflərə doğru inamla irəliləyir”
11.05.25 05:44 | Britaniya Ukraynaya “Raven” sistemlərini göndərir
11.05.25 05:42 | BMT rəsmisi Hindistan və Pakistan arasındakı atəşkəsi alqışladı
11.05.25 05:35 | Ağır qəzada ölən iki qardaşın - Fotosu
11.05.25 05:34 | 4 ölkənin lideri Kiyevdədir
11.05.25 05:31 | “Hesab etdim ki, məhz bu gün burada olmalıyam”
11.05.25 05:25 | Tofiq Yaqublu aclıq aksiyasını dayandırdı
10.05.25 14:55 | Heydər Əliyev siyasi irsinin təməl sütunları
04.05.25 15:34 | Deputat Azər Badamov Moskva aeroportunda saxlanıldı
20.04.25 07:21 | “Kursk vilayətinin 99,5 faizi azad edilib”
20.04.25 07:19 | Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
20.04.25 04:27 | Bu generala yüksək vəzifə verildi
20.04.25 04:16 | İcra başçısının qazi haqda şikayəti ilə bağlı qərar verildi
20.04.25 04:12 | Ağstafada toydan uşaq oğurlayan qazi saxlanıldı
20.04.25 04:06 | Putin “Pasxa atəşkəsi” elan etdi
20.04.25 04:02 | Şərurlu İsfəndiyarın oğlu həbs edildi
18.04.25 10:22 | Rusiya dünyada analoqu olmayan xərçəng dərmanı hazırladı
17.04.25 17:19 | “Səhhətlərində problem varsa, müalicə üçün şərait yaradılmalıdır”
17.04.25 17:17 | Prezident onları nazir müavini təyin etdi
17.04.25 17:06 | Orduxan Teymurxan Baş Prokurorluğa çağırıldı
|