Bu gün İlaxır çərşənbədirBölmə: Xəbər
![]() Bu gün Azərbaycanda Novruz bayramının sonuncu - İlaxır çərşənbəsi (Torpaq çərşənbəsi) qeyd olunur. Xalqinfo.az xatırladır ki, digər çərşənbələrdən fərqli olaraq, xalqımız axırıncı çərşənbəni xüsusi təntənə ilə qeyd edir. İlaxır çərşənbədə bütün günü davam edən mərasim axşam şənlikləri ilə daha da gurlaşır. Üzərlik yandırılır, tonqallar alovlanır, tonqallar üstündən tullanılır, bacalardan torbalar sallanır, qurşaq atılır, qulaq falları qurulur. Axırıncı çərşənbədə yaşından və cinsindən asılı olmayaraq hamı tonqalın üstündən tullanmalıdır, tonqalı söndürmək olmaz, o özü sönəndən sonra cavan oğlan və qızlar həmin tonqalın külünü yığıb, evdən kənar bir yerə, çölə atmalıdır. Bu, o deməkdir ki, tonqalın üstündən tullanan bütün ailə üzvlərinin bədbəxtçiliyi atılan küllə birlikdə ailədən uzaqlaşdırılır. Axırıncı çərşənbə axşamı yalnız yaxşı sözlər danışılması adət hesab olunur. Qədim el adətlərinə və inanclara görə, həmin gün evdən duz, su, pul, çörək, od, kibrit, neft, ağartı verməzlər. Axır çərşənbə günü ailə üzvlərinin sayına görə şam yandırılır, adətə görə şamı yarımçıq söndürməzlər. Həmçinin axır çərşənbə gecəsi ürəyində niyyət tutub yatılmalıdır. Deyilənə görə, ilin axır çərşənbə gecəsini öz evində qeyd etməlisən. Əks halda Novruzu yeddi il dalbadal başqa yerdə qarşılayacaqsan. Qeyd edək ki, Novruz bayramı axşamı martın 20-nə təsadüf edəcək. Xatırladaq ki, bu il üçün yaz fəslinin Azərbaycana gəlişi martın 21-i Bakı vaxtı ilə saat 01:24:24-ə təsadüf edəcək. |
XƏBƏR LENTİ
24.03.23 18:51 | Məni rus agentləri zəhərləyib, dəqiq xatırlayıram - Saakaşvili
23.03.23 15:15 | Dilarə Əliyevanın səhhəti pisləşdi - Foto
22.03.23 23:38 | Putin Braziliyada həbs olunacaq?
22.03.23 23:25 | Qarabağda müharibə bitməyib, dayandırılıb...
22.03.23 23:20 | “Azərbaycan qadını ailə dağıtmaqla məşğuldur” - Qalmaqallı açıqlama
22.03.23 23:15 | Ramazan ayının ilk gününün duası - İmsak və iftar vaxtı
22.03.23 23:11 | Dəhşətli qəzada dünyasını dəyişən Oqtay Əliyev kimdir? - DOSYE
22.03.23 17:49 | Kılıçdaroğlunun prezidentliyə namizədliyi rəsmən irəli sürüldü
22.03.23 17:47 | "Rusiyanın süqutuna hazırlaşmalıdırlar" - Saakaşvili
22.03.23 17:42 | Məşhur icra başçısı yola salınır
22.03.23 17:39 | İran Naxçıvan sərhədinə hərbi texnika yeridir
22.03.23 06:38 | Ərdoğanın prezidentliyə namizədliyi rəsmən irəli sürüldü - Yenilənib
21.03.23 10:42 | Laçın-Xankəndi yolunda aksiya 100 gündür davam edir
21.03.23 10:39 | Yaponiyanın Baş naziri Ukraynaya səfər etdi
19.03.23 13:44 | Putin bu ölkələrin üzərindən belə keçsə həbs olunacaq- Siyahı
19.03.23 13:39 | Hacı Nuran Pərvanəyə elçi çıxdı
19.03.23 13:36 | Prezidentin bəyanatları təsdiqlədi: Sülh olmayacaq!
18.03.23 15:33 | Prezident ailəsi ilə Tərtərə getdi
17.03.23 22:14 | Haaqa Məhkəməsi Putinin həbsi üçün order verdi
17.03.23 15:13 | Eldar Sultanov təqaüdə göndərildi - Fotolar
16.03.23 18:20 | TDT liderlərinin Ankara Bəyannaməsi yayıldı
16.03.23 18:18 | Öz bədənini yeyən qadın - “Dadı mal ətinə bənzəyir”
16.03.23 16:14 | Şeyx Paşinyana çağırış etdi
16.03.23 16:09 | Nazir qəbul keçirdi, 22 qazi işə qəbul olundu
16.03.23 16:06 | Rüşvətə görə tutulan polkovnikin cəzası azaldıldı
|