» » Eyvazov Usubovun qardaşı oğluna yeni vəzifə verdi

Eyvazov Usubovun qardaşı oğluna yeni vəzifə verdi

Bölmə: Xəbər
Eyvazov Usubovun qardaşı oğluna yeni vəzifə verdi



Yasamal Rayon Polis İdarəsinin Mühafizə Bölməsinin rəisi, polkovnik Hikmət Usubov yeni vəzifəyə təyin edilib.

Xalqinfo.az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri Vilayət Eyvazov əmr imzalayıb.

Nazirin əmri ilə Hikmət Usubov tutduğu vəzifədən azad edilərək, Sabunçu Rayon Polis İdarəsinin Mühafizə Bölməsinin rəisi təyin edilib.

Nazirin digər əmri ilə Sabunçu Rayon Polis İdarəsinin Mühafizə Bölməsinin rəisi, polkovnik Əşrəf Allahyarov tutduğu vəzifədən azad edilərək, Yasamal Rayon Polis İdarəsinin Mühafizə Bölməsinin rəisi təyin edilib.


Məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat xidməti təsdiqləyib.

Qeyd edək ki, Hikmət Usubov hazırda Prezident yanında Təhlükəsizlik Şurasının katibi olan Ramil Usubovun qardaşı oğludur.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler