» » “Moskva Azərbaycanla normallaşma təşəbbüslərinə əsəbi reaksiya verir”-

“Moskva Azərbaycanla normallaşma təşəbbüslərinə əsəbi reaksiya verir”- Ermənistan parlamentinin spikeri

Bölmə: Xəbər
“Moskva Azərbaycanla normallaşma təşəbbüslərinə əsəbi reaksiya verir”-




Moskva digər ölkələrin Ermənistan-Azərbaycan münasibətlərini normallaşdırmaq təşəbbüslərinə həddən artıq emosional və əsəbi reaksiya verir.

“Sputnik Armenia” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı ilə münasibətlərin tənzimlənməsində Moskvanın rolunu şərh edərkən Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

“Moskvanın rolu var. Olmaya da bilməz, çünki orada rus sülhməramlıları yerləşdirilib. Amma buna baxmayaraq, hər hansı tərəf müsbət bir şey etməyə çalışanda Moskvadan gələn emosional hərəkətləri, əsəbi reaksiyaları lazımsız hesab edirəm. Bu lazım olduğundan daha emosionaldır”, – Alen Simonyan bildirib.

Simonyan əlavə edib ki, Rusiya tərəfinin reaksiyası daha sakit və təmkinli olmalıdır. Onun sözlərinə görə, Moskva vəziyyəti başa düşməlidir. “Ermənistanın öz maraqları və təhlükəsizliyi var və o, “geosiyasi vəziyyətə, kiminsə istəklərinə və ya qısqanclığına baxmayaraq” bunu təmin etməlidir”, – Simonyan deyib.



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler