» » Afiyəddin Məmmədov və Samir Sultanov həbs edildi

Afiyəddin Məmmədov və Samir Sultanov həbs edildi

Bölmə: Xəbər
Afiyəddin Məmmədov və Samir Sultanov həbs edildi



İctimai fəallar Afiyəddin Məmmədov və Samir Sultanov həbs edilib.

"Xalqinfo"nun məlumatına görə, bu gün Yasamal Rayon Məhkəməsində keçirilən iclaslarda onların hər biri barəsində 30 sutka inzibati həbs tənbeh növü seçilib. Hər iki şəxs İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə təqsirli bilinib.

Qeyd edək ki, onlar dünən Bakı Apellyasiya Məhkəməsinin qarşısında həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevə azadlıq tələb ediblər. Həmin vaxt polislə həmin şəxslər arasında insident yaşanıb. A.Məmmədov və S.Sultanov polis tərəfindən saxlanılıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler