» » Bakıda 38 yaşlı qadın ərini döydü -

Bakıda 38 yaşlı qadın ərini döydü - Şok olay

Bölmə: Xəbər, Sosial
 Bakıda 38 yaşlı qadın ərini döydü -






Bakının Sabunçu rayonunda 1985-ci il təvəllüdlü Pərvanə ailə münaqişəsi zəminində həyat yoldaşı Məmmədə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Xalqinfo.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin yanvarın 3-də baş verib. Pərvanə yaşadıqları evdə əri Məmmədlə mübahisə edib.

Mübahisə zamanı ərinin sol qolundan yumruqla vurub, baş və bədən nahiyələrini cırmaqlayıb.

İstintaq orqanı tərəfindən Pərvanənin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Pərvanə olan elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, təxminən 10 il əvvəl Məmməd ilə ailə həyatı qurub, birgə nikahdan 1 övladları var: “Yanvarın 3-də, günorta saatlarında xalam qızı Xuraman və azyaşlı qızım Günel ilə birlikdə şəhərə gəzməyə getdik. Şəhərdə bir müddət gəzdikdən sonra Xuramanın işi çıxdığı üçün getdi. Mən qızım ilə bir neçə mağazaya gedərək geyim əşyalarına baxdım. Özümə gödəkcə alaraq yaşadığım evə gəldim”.

Təqsirləndirilən şəxs qeyd edib ki, həmin gün, saat 19 radələrində evə çatıb: “Ərim məndən evə gec gəlməyimizi, Xuramanın bizimlə birlikdə gəlməməsinin səbəbini soruşdu. Məmmədə Xuramanın işi çıxdığı üçün getdiyini bildirdim. Məmməd mənə inanmadı, Xuramanın bizi aldatdığını, kiminləsə görüşə getdiyini bildirdi. Mübahisəmiz əsnasında Məmmədin sözlərindən əsəbləşərək onu itələdim, sol üz və çiyin nahiyəsindən yumruqla vurdum. Daha sonra dırnaqlarım ilə onun bədən nahiyəsini cırmaqladım”.

Zərərçəkmiş Məmməd bildirib ki, baş verən olaydan sonra Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib və hadisə barədə məlumat verib. O, ifadəsinin sonunda arvadı ilə barışdığını, ona qarşı şikayəti olmadığını deyib.

Bu cinayət işinə Sabunçu rayon Məhkəməsində baxılıb.

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.

Bu səbəbdən məhkəmə Pərvanənin barəsində olan cinayət təqibinə xitam verib. O, cinayət məsuliyyətindən azad olunub. Demokrat.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler