Kəmaləddin Heydərov yeni inzibati binanın açılışındaBölmə: Xəbər
Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertizası Baş İdarəsinin yeni inzibati binasının açılışı olub.trend-in məlumatına görə, açılışda fövqəladə hallar naziri Kəmaləddin Heydərov iştirak edib. Nazir yeni inzibati binada yaradılan şəraitlə tanış olub. Açılış mərasimində qeyd edilib ki, yaşayış və qeyri-yaşayış binalarının tikintisi məqsədilə lazımi rəyin alınması üçün vətəndaşlar və hüquqi şəxslərin işi bundan sonra daha asan olacaq. Onlar müvafiq sənədlər üçün artıq bir neçə təşkilata getmək məcburiyyətində qalmayacaqlar. Belə ki, yeni inzibati binada FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertizası Baş İdarəsinin əməkdaşları ilə yanaşı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin "Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutunun Mühəndis Geologiyası Mərkəzinin, FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi, eləcə də Dövlət Yanğın Nəzarəti Xidmətinin nümayəndələri də fəaliyyət göstərəcəklər. Hündürlüyü 12 metrdən yuxarı olan yaşayış və qeyri-yaşayış sahələrinə aid binalar üçün buradan müvafiq sənədlər alınacaq. |
XƏBƏR LENTİ
27.04.24 23:15 | İYİ Partiyasının yeni sədri məlum oldu
27.04.24 22:54 | Bu ölkə Ukraynaya daha 100 milyon yardım edəcək
27.04.24 21:53 | Ali Məhkəmənin hakimi intihar etdi
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|