» » Türkiyədə dağıntılar altından çıxarılan azərbaycanlı tələbə bacılar ölkəyə gətirilib -

Türkiyədə dağıntılar altından çıxarılan azərbaycanlı tələbə bacılar ölkəyə gətirilib - FOTO

Bölmə: Xəbər
Türkiyədə dağıntılar altından çıxarılan azərbaycanlı tələbə bacılar ölkəyə gətirilib -

Türkiyənin Kahramanmaraş şəhərində dağıntılar altından sağ çıxarılan azərbaycanlı tələbələr - Gülşən və Jalə Cəfərova bacıları ölkəyə gətirilib.

Bu barədə APA-ya tələbələrin atası Mübariz Cəfərov məlumat verib.

M. Cəfərov deyib ki, qızları hazırda yaşadıqları Gədəbəy rayonunun İnəkboğan kəndindədirlər:
“Bütün səlahiyyətli şəxslərə minnətdarıq. Hər iki qızımı sağ-salamat evə gətiriblər. Gülşənlə Jalənin ümumi vəziyyəti yaxşı olsa da, hələ də aldıqları travmadan əziyyət çəkirlər. Yegənə istədiyimiz budur ki, xəstəxanaların birində tam müalicə olunmasına köməklik gostərilsin”.

Qeyd edək ki, Jalə və Gülşən Cəfərova Kahramanmaraşda baş verən zəlzələ zamanı dağıntılar altında qalıblar. Onlar ərazidəki sakinlərin köməyi ilə xilas edilibkər. Gülşən Cəfərova Kahramanmaraş Sütçü İmam Universitetinin, Jalə Cəfərova isə Kırşehir Ahi Evran Universitetinin tələbəsidir. Bacılar zəlzələ baş verən vaxt birlikdə olublar.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler