Qaxda 44 sm qar yağıb - FAKTİKİ HAVABölmə: Xəbər
Ölkə ərazisində müşahidə olunan yağıntılar 11-i gecə saatlarından kəsilib. Bu barədə "Xalqinfo"ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, qar örtüyünün hündürlüyü: Qaxda 44 sm, Ağdərədə(Ordubad) 27 sm, Şəkidə 22 sm, Xaltanda 14 sm, Qusar, Qrızda 11 sm, Gədəbəydə 8 sm, Qubada, Yardımlıda, Zaqatala, Şahbuz, Oğuzda, Qobustanda 5 sm olub. Duman: Daşkəsən, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Balakən, Şəki, Qax, Şamaxı, Qobustan, Göyçay, Lerikdə müşahidə olunub, dumanda görünüş məsafəsi 50-200 metrədək məhdudlaşıb. Havanın minimal temperaturu: fevralın 10-da Bakıda temperatur iqlim normasından 4.3° aşağı olub, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2°-dək isti, Naxçıvanda 12°-dək şaxta, dağlıq rayonlarda 15-20° şaxta, aran rayonlarında 2°-dək şaxta olub. Fevralın 12-13-də ölkə ərazisində hava şəraiti sabit olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 13-ü axşam qısamüddətə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, qərb küləyinin arabir güclənəcəyi gözlənilir. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|