» » “Crystal Group of Companies”dən Türkiyəyə

“Crystal Group of Companies”dən Türkiyəyə 200 000 TL DƏSTƏK

Bölmə: Xəbər
“Crystal Group of Companies”dən Türkiyəyə

Qardaş Türkiyədə baş vermiş şiddətli zəlzələ hər bir azərbaycanlını sarsıtdı.

Zəlzələ nəticəsində həlak olanlara Allah rəhmət eləsin, doğmalarına Allah səbr və güc versin. Azərbaycan hər zaman olduğu kimi, yenə də Türkiyəli qardaşlarının yanındadır. Birlik və həmrəylik nümayiş etdirərək bir-birinə kömək etməyə hazır olmaq, çətinliklərdən və sınaqlardan birlikdə mətinliklə çıxmaq Azərbaycan xalqının ən ali keyfiyyətlərindən biridir. Zəlzələnin ilk saatlarından Türkiyənin yanında olmaq, qardaşlıq və dostluq münasibətlərinin möhkəmliyinin və sarsılmazlığının əyani sübutudur. Humanizm, mərhəmət prinsipləri, yardımsevərlik Türkiyə- Azərbaycan münasibətlərinin başlıca prinsipidir.


Zəlzələ bölgəsində axtarış-xilasetmə əməliyyatlarına, xəsarət alan insanların öz sağlamlıqlarına qovuşması üçün görülən işlərə dəstək verilməsi, görülən təxirəsalınmaz işlərə dəstək verilməsi üçün “Crystal Group of Companies” ailəsi adından T.C. İçişleri Bakanlığı Afet ve Acil Durum Yönetimi Başkanlığı - AFAD-a 200 000 TL ianə edilib.

“Crystal Group of Companies” hər bir azərbaycanlını ağır günlərdə qardaş Türkiyə dövlətinə dəstək olmağa çağırıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler