» » FHN əməkdaşları dağıntılar altında 105 saat qalan yeniyetməni sağ çıxardı

FHN əməkdaşları dağıntılar altında 105 saat qalan yeniyetməni sağ çıxardı

Bölmə: Xəbər, MANŞET
FHN əməkdaşları dağıntılar altında 105 saat qalan yeniyetməni sağ çıxardı

Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.

Bu barədə "Xalqinfo"ya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, FHN-in xilasedicilərinin fədakarlığı sayəsində mürəkkəb xilasetmə əməliyyatı nəticəsində zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində dağıntılar altında 105 saat qalmış 15 yaşlı Ayşə adlı yeniyetmə sağ xilas olunub.

Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler