» » Zaur Kamal sərt tənqid olundu-

Zaur Kamal sərt tənqid olundu- “Onun başı...”

Bölmə: Xəbər
Zaur Kamal sərt tənqid olundu-




Ötən gün efirdə aparıcı Zaur Kamal açıqlaması ilə hər kəsi təəccübləndirib. O, ARB-də yayımlanan "Həmin Zaur" proqramında tamaşaçıları heyrətləndirən fikirlər səsləndirib.

Aparıcı əvvəlcə Türkiyədəki zəlzələnin səbəb olduğu dəhşətli mənzərədən söz açıb.

Onun sonrakı açıqlaması isə auditoriyada şok effekti yaradıb. Belə ki, Zaur Kamal azyaşlı övladına zəlzələdən olan kadrları izlətdiyini, övladının bunu görəndən sonra qəribə olduğunu açıqlayıb.

Məsələ ilə bağlı Xalqinfo.az-a danışan yazıçı Şərif Ağayar bildirib ki, uşaqların zəlzələ anını əks etditən videoları izləməsini təhlükəli sayır və o, valideynlərə azyaşlıları həmin görüntülərdən uzaq tutmağı tövsiyə edib:

“Mən bu haqda çox yazmışam, Səddam Hüseynin edamından sonra azyaşlı uşaqlar bir neçə yerdə özlərini asmışdılar və maraqlıdır ki, uşaqlar kəskin süjetli filmlərdə və seriallarda intihar görürlər, amma onlara inanmırlar, Səddam Hüseynin edamının isə gerçək olduğunu hiss etmişdilər. Uşaq psixologiyası çox sirlidir. Onlarla maksimum ehtiyatlı olmaq lazımdır. Ola bilər, adi bir kadr onlara ömürlük travma versin. Ona görə kəskin fotoları, kəskin kadrları uşaqlara göstərmək olmaz. Bəzən Qarabağla, Xocalı soyqırımı ilə bağlı görüntüləri uşaqlara göstərirlər, bu olmaz, yalnız müəyyən bir yaşdan sonra tanış olmaq lazımdır. Azyaşlı uşaqlara tankın altında əzilmiş körpələri göstərmək, böyüklərin belə baxa bilmədiyi kadrları izlətmək düzgün deyil. Bu məsələ ilə psixoloqlar məşğul olmalı, məktəblərə məsləhətlər verməlidirlər. Eyni hal bu cür zəlzələ kadrlarına da aiddir, mən bu yaşda o kadrlara baxmağa ürək etmirəm. Bunu uşaqlara göstərmək olar?”

Ş.Ağayar qeyd edib ki, efirdə bu cür kadrlar göstərilməmişdən öncə mütləq xəbərdarlıq edilməlidir:

“Sosial şəbəkə platformaların xüsusi uşaq buraxılışları var, orada bu cür kəskin süjetlər heç vaxt verilmir. Uşağa qan, fəlakət göstərmək olmaz. Bu gün efirlərdə özbaşınalıqdır, reytinqdən ötrü hər simasızlığa gedirlər. Aidiyyəti qurumlar insanların siyasi düşüncəsini, feysbuk statuslarını, “layk”larını güdməkdənsə, bu məsələlərə diqqət yetirsin. Bu məsələ bir başa Milli Teleradio Şurasının fəaliyyət sahəsinə daxildir. Efirdə bu cür kadrlar göstəriləndə öncədən xəbərdarlıq edilməlidir ki, ürəyi zəif olanlar, azyaşlılar baxmasın. Təsəvvür edin, ürəyi zəif biri övladı uçqun altında qalan bir kişinin başına döyməyini izləyir. Bu kadrdan sonra onun həyəcandan ürəyi dayana bilər. Bunlar bütün dünyada qəbul olunmuş qaydalardır, mütləq xəbərdarlıq olunmalıdır. Bu məsələlərdə mütləq ehtiyatlı olmaq lazımdır”.

Onun sözlərinə görə, Zaur Kamalın efirdə bu cür danışması tamamilə yanlışdır:

“Zaur Kamalın başı bir az balacadır. Azərbaycan efirini bütünlüklə bu cür adamlara tapşırmaq olmaz. Əyləncənin də bir təhəri var. Madam Zaurun reytinqinə bu qədər ehtiyac var, mütləq onunla mütəxəssis işləməlidir, ona başa salmalıdır ki, efirdə nəyi danışmaq olar, nəyi yox. Onu bu söhbətə görə uşaq təşkilatları çox rahat şəkildə məhkəməyə verə bilər. Normal bir ölkədə olsaydıq, aparıcını çoxdan məhkəməyə vermişdilər. Özü də yaxşı iş görübmüş kimi durub efirdən camaata da danışır. Bəlkə də qəsdən, gündəmdə qalmaq üçün edir. Bilirsiniz, tək Zaur deyil, ümumiyyətlə bu tip aparıcıları efirə buraxıblar ki, nə edirsiniz, edin, reytinq qazanın. Məsələnin kökündə bu durur. Efirimiz bu gün həqiqətləri danışmamaq şərti ilə maraqlı olmalıdır. Belə absurd boşluqları isə həmişə zaurlarla doldururlar. Boş-boş danışmaq diqqət çəkməyəndə, zərərli danışmağa məcburdurlar. Reytinq amansız gerçəklikdir”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler