» » “Azərsun Holdinq”dən Türkiyədə zəlzələdən əziyyət çəkənlərə dəstək - FOTOLAR

“Azərsun Holdinq”dən Türkiyədə zəlzələdən əziyyət çəkənlərə dəstək - FOTOLAR

Bölmə: Xəbər
“Azərsun Holdinq”dən Türkiyədə zəlzələdən əziyyət çəkənlərə dəstək - FOTOLAR

Hər zaman həyata keçirdiyi sosial layihələr və humanitar yardım aksiyaları ilə ehtiyacı olanların köməyinə yetişən “Azərsun Holdinq” növbəti dəfə ənənəsinə sadiq qalıb.

"Xalqinfo" xəbər verir ki, bu dəfə adıçəkilən Şirkətlər Qrupu Türkiyədə zəlzələdən əziyyət çəkən insanlara yardım əlini uzadıb.

“Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Abdolbari Gozalın təşəbbüsü ilə qardaş ölkədə təbii fəlakət nəticəsində zərər görmüş şəxslərə 5 TIR ilkin tələbat, qida və qeyri-qida məhsulları göndərilib.

Bununla bərabər “Azərsun Holdinq” kollektivi də könüllü şəkildə Türkiyənin Azərbaycandakı səfirliyi və digər təşkilatların xətti ilə yardımlarda aktiv şəkildə iştirak edir.



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler