» » “Lotereyalar haqqında” Qanuna dəyişiklik edildi

“Lotereyalar haqqında” Qanuna dəyişiklik edildi

Bölmə: Xəbər
“Lotereyalar haqqında” Qanuna dəyişiklik edildi

Prezident İlham Əliyev “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu imzalayıb.

"Xalqinfo" xəbər verir ki, dəyişikliyə əsasən, “Lotereyalar haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində aşağıdakı dəyişikliklər edilib:


- Aşağıdakı məzmunda 8.4-2-ci maddə əlavə edilir:

“8.4-2. Bu Qanunun 8.4-cü maddəsində nəzərdə tutulmuş sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar lotereya təşkilatçısından tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi lotereya təşkilatçısının razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya lotereya təşkilatçısı tərəfindən təmin edilir.”.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler