Xəzər RİH başçısı səyyar qəbul keçirdi - FOTOLARBölmə: Xəbər
![]() Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına əsasən yerlərdə sakinləri narahat edən məsələlərin araşdırılması və mövcud problemlərin aradan qaldırılması məqsədi ilə mütəmadı olaraq səyyar qəbullar keçirilir. "Xalqinfo" xəbər verir ki, 30 yanvar tarixində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun Milli Məclisin deputatı Rauf Əliyevlə birgə Buzovna qəsəbəsində sakinlərlə növbəti səyyar qəbulu keçirilib. Ruhulla Axundov adına Mədəniyyət evində keçirilən görüşdə rayon İcra Hakimiyyəti başçısının müavinləri, icra hakimiyyəti aparatının şöbə müdirləri, Buzovna qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Buzovna bələdiyyəsinin sədri, xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak ediblər. Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov respublikada əhalinin rifah halının yüksəldilməsi istiqamətində həyata keçirilən sosial-iqtisadi islahatlar, eyni zamanda, Xəzər rayonu ərazisində aparılan abadlıq-quruculuq işləri, sakinlərin rahatlığının təmin olunması, sahibkarlığın inkişafı, vətəndaş məmnunluğunun artırılması istiqamətində görülən işlər barədə məlumat verərək, sakinləri fərdi qaydada dinləyib. Sonra Milli Məclisin deputatı Rauf Əliyev çıxış edərək, əhalini narahat edən problemlərlə bağlı dövlət qurumlarına göndərilmiş müraciətlər, onların həlli istiqamətində görülən işlər barədə məlumat verib. Eyni zamanda, səyyar görüş zamanı səsləndirilən məsələlərin həlli ilə bağlı zəruri tədbirlərin görüləcəyini bildirib. Sakinlər tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilib. ![]() ![]() ![]() ![]() ![]() ![]() |
XƏBƏR LENTİ
24.03.23 18:51 | Məni rus agentləri zəhərləyib, dəqiq xatırlayıram - Saakaşvili
23.03.23 15:15 | Dilarə Əliyevanın səhhəti pisləşdi - Foto
22.03.23 23:38 | Putin Braziliyada həbs olunacaq?
22.03.23 23:25 | Qarabağda müharibə bitməyib, dayandırılıb...
22.03.23 23:20 | “Azərbaycan qadını ailə dağıtmaqla məşğuldur” - Qalmaqallı açıqlama
22.03.23 23:15 | Ramazan ayının ilk gününün duası - İmsak və iftar vaxtı
22.03.23 23:11 | Dəhşətli qəzada dünyasını dəyişən Oqtay Əliyev kimdir? - DOSYE
22.03.23 17:49 | Kılıçdaroğlunun prezidentliyə namizədliyi rəsmən irəli sürüldü
22.03.23 17:47 | "Rusiyanın süqutuna hazırlaşmalıdırlar" - Saakaşvili
22.03.23 17:42 | Məşhur icra başçısı yola salınır
22.03.23 17:39 | İran Naxçıvan sərhədinə hərbi texnika yeridir
22.03.23 06:38 | Ərdoğanın prezidentliyə namizədliyi rəsmən irəli sürüldü - Yenilənib
21.03.23 10:42 | Laçın-Xankəndi yolunda aksiya 100 gündür davam edir
21.03.23 10:39 | Yaponiyanın Baş naziri Ukraynaya səfər etdi
19.03.23 13:44 | Putin bu ölkələrin üzərindən belə keçsə həbs olunacaq- Siyahı
19.03.23 13:39 | Hacı Nuran Pərvanəyə elçi çıxdı
19.03.23 13:36 | Prezidentin bəyanatları təsdiqlədi: Sülh olmayacaq!
18.03.23 15:33 | Prezident ailəsi ilə Tərtərə getdi
17.03.23 22:14 | Haaqa Məhkəməsi Putinin həbsi üçün order verdi
17.03.23 15:13 | Eldar Sultanov təqaüdə göndərildi - Fotolar
16.03.23 18:20 | TDT liderlərinin Ankara Bəyannaməsi yayıldı
16.03.23 18:18 | Öz bədənini yeyən qadın - “Dadı mal ətinə bənzəyir”
16.03.23 16:14 | Şeyx Paşinyana çağırış etdi
16.03.23 16:09 | Nazir qəbul keçirdi, 22 qazi işə qəbul olundu
16.03.23 16:06 | Rüşvətə görə tutulan polkovnikin cəzası azaldıldı
|