» » İrandakı səfirimiz hücumla bağlı

İrandakı səfirimiz hücumla bağlı MƏLUMAT YAYDI

Bölmə: Xəbər
İrandakı səfirimiz hücumla bağlı

Azərbaycanın İrandakı səfiri Əli Əlizadə səfirliyə edilən hücumla bağlı məlumat yayıb.

Xalqinfo.az-ın verdiyi məlumata görə, Ə.Əlizadə qeyd edib ki, səfirliyə edilən hücum nəticəsində səfirliyin əməkdaşı Orxan Əsgərov mühafizəni təmin edərkən qətlə yetirilib, 2 əməkdaş yaralanıb.


“Bu acını böyük təəssüf və kədər hissi ilə bölüşür, Orxan Əsgərovun ailə üzvləri və əzizlərinə öz adımdan və Səfirliyimizin əməkdaşları adından dərin hüznlə başsağlığı verir, Allahdan ona rəhmət, yaralılarımıza isə tezliklə şəfa diləyirəm.

Bu acımasız terror aktını qətiyyətlə pisləyir və törədənlərin tam cəzalandırılmasını tələb edirik. Diplomatik nümayəndəliklər toxunulmazdır və onların mühafizəsi qəbul edən dövlət tərəfindən tam təmin olunmalıdır!”, - deyə səfir vurğulayıb.



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler