Ermənistanın Azərbaycana vurduğu ziyanla bağlı xüsusi dinləmə keçiriləcəkBölmə: Xəbər
![]() Milli Məclisdə Vətən Müharibəsi dövründə Ermənistan tərəfindən törədilən cinayətlərin, Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində Azərbaycan Respublikası vətəndaşlarının pozulmuş hüquqlarının müdafiəsinin və Azərbaycan dövlətinə dəymiş ziyanın beynəlxalq instansiyalarda müvafiq iddialar əsasında gerçəkləşdirilməsinin hüquqi mexanizmləri ilə bağlı xüsusi dinləmə keçiriləcək. "Xalqinfo" xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin 2023-cü il iş planına daxil edilib. Yaz sessiyası müddətində komitənin iş planında “Azərbaycanlılara qarşı nifrət nitqi və nifrət cinayətləri” adlı hesabatın təqdimatının keçirilməsi də yer alıb. Adıçəkilən hesabat İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) və parlamentin İnsan hüquqları komitəsi ilə birgə hazırlanıb. Həmçinin, İnsan hüquqları üzrə müvəkkilin və aparatının, eləcə də Medianın İnkişaf Agentliyinin iştirakı ilə ölkədə medianın (o cümlədən sosial şəbəkələrin) mövcud durumu və yeni inkişaf strategiyası ilə bağlı müzakirə və dinləmələrin təşkili, diffamasiya ilə bağlı məsələlərin müzakirəsi, rəqəmsal məkanda ölkə vətəndaşlarının hüquqlarının qorunması ilə bağlı qanun layihəsinin işlənib hazırlanması iş planına daxil edilib. Bundan başqa, yaz sessiyasında “Əfv institutu-Amnistiya aktı İnsan hüquqlarının təminatı institutu kimi: reallaşdırılmasının aktual problemləri” mövzusunda vətəndaş cəmiyyəti və ekspertlərlə birgə ictimai dinləmələrin, həmçinin “Qərbi Azərbaycanlıların 100 illik deportasiyası - Vətən müharibəsindəki qələbədən sonra Qərbi Azərbaycanlıların hüquqları kontekstində” adlı konfransın da keçirilməsi nəzərdə tutulub. |
XƏBƏR LENTİ
29.01.23 15:04 | Nə Ukrayna, nə də Rusiya müharibədə... - ŞOK PROQNOZ
29.01.23 15:00 | Erməni ekspert: "Qərb Sünik dəhlizinin açılmasının əleyhinə deyil"
29.01.23 14:26 | Baş verən partlayışla bağlı İrandan rəsmi AÇIQLAMA
29.01.23 14:17 | Cavabımız sürətli, güclü və dəqiq olacaq — Netanyahu
29.01.23 10:29 | Sosial mediada ən çox izlənilən dünya lideri o oldu
28.01.23 15:02 | İtaliya səfirliyinin maşını yandırıldı
28.01.23 15:00 | Misir Prezidentinin Azərbaycana səfəri başa çatdı
28.01.23 13:20 | İlham Əliyev 2 fərman, 1 sərəncam imzaladı
28.01.23 13:00 | Ermənistanda qadınlar üçün könüllü hərbi xidmət yaradılır
28.01.23 12:57 | AKP İsrailə başsağlığı verdi
28.01.23 11:51 | 5 ölkədən Türkiyədəki vətəndaşlarına terror xəbərdarlığı
28.01.23 11:50 | İrandakı etirazçılar hücuma görə SEPAH-ı günahlandırır
28.01.23 11:36 | Misir Prezidentinin rəsmi qarşılanma mərasimi olub
28.01.23 11:35 | Neft ucuzlaşdı
|