» » "Rayonlarda hər 10 evdən 9-da narkotik problemi var" -

"Rayonlarda hər 10 evdən 9-da narkotik problemi var" - Deputat

Bölmə: Xəbər, MANŞET
"Rayonlarda hər 10 evdən 9-da narkotik problemi var" -

“Rayonlarda savadsız və təhsilsiz gənclər kütləsi var. Həmin kütlə axını da şəhərə gəlir. Burada fəhlə işində çalışırlar və aldıqları pul da onları qane etmir. Həmin gənclər sonra yenidən rayona qayıdaraq özlərini tapa bilmirlər. Təhsili olmayan cavanlar üçün rayonlarda məşğulluq proqramı lazımdır. Zavod və ya fabriklərə cəlb olnaraq işlə təmin edilməsi yaxşı olardı”.

"Xalqinfo" xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında deputat Jalə Əhmədova deyib.


Deputat bildirib ki, rayonlar gözdən kənar olduğundan ora üçün qəbul edilən qərarların icrası mexanizminə nəzarət zəif qalır: “Gənclər və İdman Nazirliyi şəhərdə olduğundan tapşırıqlarını verir. Həmin işlərə ciddi nəzarət mexanizmi olmalıdır. Müşahidələrim onu deməyə əsas verir ki, rayonlarda nəyəsə və ya hesabata xatir görülən işlər həddindən artıq çoxdur. Həqiqi işlərə can qoymaq, lazımi dərəcədə yerinə yetirmək, kadr siyasəti rayonlarda böyük problemdir. Rayonda yaşayan gənclərlə daha sıx iş görülməlidir”.

“Regionlarda narkotik problemi bu gün əsasdır. Belə ki, bu məsələni tək Daxili İşlər Nazirliyinin öhdəsinə buraxa bilmərik. Qeyri-hökumət təşkilatları və ictimai birliklər tədbirlər keçirsələr də, ciddi nəticəsini görmürəm. Bu böyük fəlakətdir. Çünki rayonlarda hər 10 evdən 9-da narkotik problemi var. Bu genofondun məhvi deməkdir”- J.Əhmədova əlavə edib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler