» » “Açıq mikrofon” daha 4 rayonda qurulacaq -

“Açıq mikrofon” daha 4 rayonda qurulacaq - FOTO

Bölmə: Xəbər
“Açıq mikrofon” daha 4 rayonda qurulacaq -

SOCAR "Azəriqaz” İstehsalat Birliyinin "Açıq mikrofon” aksiyası davam edir.

"Xalqinfo" "Azəriqaz”a istinadən xəbər verir ki, növbəti həftə (23-24.01.2023 və 26-27.01.2023 tarixləri) daha 4 rayonda vətəndaşlarla "Açıq mikrofon” aksiyası keçiriləcək.

Aksiya həftənin 1-ci günü saat 11:00-dan 12:00-dək Balakən rayonunda (Heydər Əliyev Mərkəzi), 2-ci günü saat 14:00-dan 15:00-dək Qax rayonunda (Heydər Əliyev Parkı), 4-cü günü saat 11:00-dan 12:00-dək Zaqatala rayonunda (Mədəniyyət Evi), 5-ci günü saat 11:00-dan 12:00-dək Qəbələ rayonunda (Zərifə Əliyeva Parkı) baş tutacaq.

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq "Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

“Açıq mikrofon” daha 4 rayonda qurulacaq -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler