» » Dövlət orqanlarında çalışan xadimə, bağban və fəhlələrin maaşı

Dövlət orqanlarında çalışan xadimə, bağban və fəhlələrin maaşı ARTIRILDI

Bölmə: Xəbər
Dövlət orqanlarında çalışan xadimə, bağban və fəhlələrin maaşı

Dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (qeydiyyatçı, nəzarətçi, təsərrüfat işçisi, xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları artırılıb.

"Xalqinfo" xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı müvafiq qərar qəbul edib.

Dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (qeydiyyatçı, nəzarətçi, təsərrüfat işçisi, xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları 2023-cü il yanvarın 1-dən aşağıdakı məbləğdə müəyyən edilib:

1.Ali kateqoriya dövlət orqanlarında 400

2.1-ci kateqoriya dövlət orqanlarında 385

3.2-ci və 3-cü kateqoriya dövlət orqanlarında 365

4.4-cü və 5-ci kateqoriya dövlət orqanlarında 345
Bu Qərar 2023-cü il yanvarın 1-dən tətbiq edilir.

Qeyd edək ki, indiyə qədər dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (qeydiyyatçı, nəzarətçi, təsərrüfat işçisi, xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları aşağıdakı kimi olub:
1.Ali kateqoriya dövlət orqanlarında 370
2.1-ci kateqoriya dövlət orqanlarında 355
3.2-ci və 3-cü kateqoriya dövlət orqanlarında 335
4.4-cü və 5-ci kateqoriya dövlət orqanlarında 315



















Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler