» » Maliyyə Nazirliyindən QHT-lərlə bağlı

Maliyyə Nazirliyindən QHT-lərlə bağlı XƏBƏRDARLIQ

Bölmə: Xəbər, MANŞET
Maliyyə Nazirliyindən QHT-lərlə bağlı
“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 29.4-cü maddəsinə əsasən qeyri-hökumət təşkilatları illik maliyyə hesabatlarını aprel ayının 1-dən gec olmayaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etməlidirlər.

"Xalqinfo" xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, “Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli 201 nömrəli Qərarı ilə təsdiq edilib.

Fitch: Rusiyaya sanksiyalar Azərbaycanın qeyri-neft sektoruna investisiyaları artıracaq
Mərkəzi Bank: Dövriyyədə olan bank kartlarının sayı 13 milyonu ötüb
“Azərbaycan Dəmir Yolları” maliyyə göstəricilərini açıqlayıb
Həmin qərara əsasən qeyri-hökumət təşkilatlarının maliyyə hesabatları bunlardır: Maliyyə vəziyyəti haqqında hesabat, maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat və əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər.

Eyni zamanda, maliyyə fəaliyyəti olmayan Qeyri-hökumət təşkilatları üçün həmin qərarla “Maliyyə fəaliyyətinin olmaması barədə arayış” forması təsdiq edilib.

Göstərilənlər nəzərə alınaraq, WWW.QHT-HESABAT.MALİYYE.GOV.AZ saytı vasitəsilə “Qeyri-hökumət təşkilatlarının elektron hesabatlılıq proqramı”nda qeydiyyatdan keçib nəzərdə tutulan formalara uyğun olaraq illik maliyyə hesabatları və ya “Maliyyə fəaliyyətinin olmamasına dair arayış”lar Maliyyə Nazirliyinə elektron qaydada təqdim edilməlidir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler