Hərbi anbarın tikintisində 7 milyonluq yeyinti – ŞOK FAKTLARBölmə: Xəbər, BLOK XƏBƏR
Bakı Ağır Cinayətlər Məhkəməsində “Bina Tikinti Kompaniyası” MMC-nin rəhbəri Üzeyir Həsənovun cinayət işi üzrə proses keçirilir. "Xalqinfo" Musavat.com-a istinadən xəbər verir ki, Üzeyir Həsənov Müdafiə Nazirliyi ilə yanaşı, həm də Tarix Muzeyində mənimsəmələrə görə ittiham edilir. Müdafiə Nazirliyinin sifarişi əsasında rayonlardan birində silah-sursat anbarının tikintisi, o cümlədən, ərazinin abadlaşdırılması, mebel avadanlıqlarının quraşdırılması üçün büdcədən ayrılmış 7 milyon manatdan artıq vəsaitin mənimsənildiyi iddia olunur. Üzeyir Həsənova Cinayət Məcəlləsinin 179.4 (külli miqdarda mənimsəmə və ya israfetmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham verilib. Bu maddələrdə 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Şirkət rəhbəri 2011-2017-ci illərdə silah-sursat anbarının tikintisi, orada kommunikasiya xətlərinin, mebellərin quraşdırılması zamanı öhdəliklərini tam şəkildə yerinə yetirməməkdə, qiymətləri sənədlərdə şişirtməkdə suçlanır. Həmin iş üzrə 7 milyon 353 milyon manat büdcə vəsaitinin mənimsənildiyi iddia olunur. Muzey məsələsinə gəlincə, ittihamda göstərilib ki, Üzeyir Həsənov 2018-2019-cu illərdə Əmlak Məsələləri Dövlət Xidmətinin sifarişi əsasında Tarix Muzeyinin ekspozisiyasının təkmilləşdirilməsi, işıqlandırma və yanğın siqnalizasiya sistemlərinin yenidən qurulması, təmir-bərpa işlərin aparılmasını üzərinə götürüb. Lakin öhdəliyə əməl olunmayıb. O, bu epizod üzrə 1 milyon 800 min manatlıq yeyintidə ittiham olunur. Lakin şirkət rəhbəri özünü təqsirli bilmir. Onun özü də, vəkilləri də deyir ki, hərtərəfli araşdırma aparılmadan, mötəbər sübutlar olmadan həbs edilib. |
|