» » “Azərpoçt” və “Azərkosmos” bu məlumatları təkzib edib

“Azərpoçt” və “Azərkosmos” bu məlumatları təkzib edib

Bölmə: Xəbər
“Azərpoçt” və “Azərkosmos” bu məlumatları təkzib edib

“Azərpoçt” və “Azərkosmos” ötən ili zərərlə başa vurmaları barədə yayılan məlumatları əsassız hesab edir.

XALQİNFO.AZ qurumlara istinadən xəbər verir ki, "Azərpoçt"da 2021-ci ildən təşkilati struktur, idarəetmə, əməliyyatlar, xərclərin optimallaşdırılması da daxil olmaqla bir neçə istiqamətdə geniş islahatlara start verilib. 2022-ci ildə də davam etdirilən islahatlar həm də gəlirlərin artması baxımından artıq öz faydasını verməkdədir.


“Azərpoçt” 2020-ci ildə yaranmış zərərin həcmini 2021-ci ildə 30% azaldıb. Daxili hesablamalar göstərir ki, həyata keçirilmiş tədbirlər nəticəsində “Azərpoçt” 2022-ci ili 3.5-4.0 milyon manat mənfəətlə başa vurub.

“Azərkosmos” son 3 ildə, ardıcıl olaraq hər il fəaliyyətini mənfəətlə başa vurub.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler