» » İmkanlı şəxslər Qarabağda evlərini özləri tikəcək - Xüsusi nümayəndəlikdən

İmkanlı şəxslər Qarabağda evlərini özləri tikəcək - Xüsusi nümayəndəlikdən AÇIQLAMA

Bölmə: Xəbər, MANŞET
İmkanlı şəxslər Qarabağda evlərini özləri tikəcək - Xüsusi nümayəndəlikdən
"Qarabağda aztəminatlı məcburi köçkün ailələrinə dövlət tərəfindən evlər veriləcək".

XALQİNFO.AZ "Unikal"a istinadən xəbər verirki, bunu "Unikal"a açıqlamasında Prezidentin Zəngilan xüsusi nümayəndəliyinin əməkdaşı Növrəs Cəfərov deyib. O bildirib ki, imkanlı şəxslərə isə azad edilmiş ərazilərdə ev tikmələrinə yaradılacaq:

"Evlərini fərqli formada tikmək istəyən sakinlər var. Onlar bu barədə bizə müraciət ediblər.

Misal olaraq, Ağalı kəndi tikilir, orada yaşayış var. Lakin Ağalıdan olan imkanlı şəxslər üçün bir ərazi ayrılacaq ki, istənilən adam gəlib orada ev tikə bilsin. Artıq bu istiqamətdə işlər gedir.

Bu məsələni Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev də Qubadlı Rayon İcra Hakimiyyətində keçirdiyi görüşdə səsləndirdi. Orada da bununla bağlı suallar verildi həmin sualları cavablandırıldı", - deyə o bildirib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler