» » Qida məhsullarının istehsalında artım var

Qida məhsullarının istehsalında artım var

Bölmə: Xəbər
Qida məhsullarının istehsalında artım var

2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda qida məhsullarının istehsalında artım qeydə alınıb.

Bu barədə "Xalqinfo"ya Dövlət Statistika Komitəsindən məlumat verilib.


Belə ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə qida məhsullarının istehsalında 8,0 faiz artım, içki istehsalında 4,7 faiz, tütün məmulatlarının istehsalında isə 4,9 faiz azalma müşahidə olunub.

Bu sahələrin əsas məhsullarından marqarin istehsalı 65,5 faiz, qənd və şəkər tozunun istehsalı 10,4 faiz artmış, duru bitki yağlarının istehsalı isə 6,4 faiz azalıb.

Ümumilikdə emal sənayesində 2022-ci ilin yanvar-noyabr aylarında 16 milyard 071,4 milyon manatlıq məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler