MySQL Error!
MySQL error in file: /engine/modules/show.full.php at line 634
Error Number: 191
The Error returned was:
Too many words in a FTS phrase or proximity search
SQL query:

SELECT id, date, short_story, xfields, title, category, alt_name FROM dle_post WHERE MATCH (title, short_story, full_story, xfields) AGAINST ('YAP-dan “Qarabağa qayıdış” açıqlaması - tarix gerçəkləşir Azər Badamov: “Azad olunmuş ərazilərin bərpasında yeganə rəqibimiz zamandır”rəqibimiz zamandır”“Qarabağa böyük qayıdış” planının reallaşacağı 2022-ci ili yaşayırıq. “Ağıllı kənd”in birincisinə bu il qayıdış olacaq. Bundan əlavə, yanvarın 24-də Şuşa və Ağdam şəhərlərinə ilk sərnişin avtobusları yola düşdü. Bu da qayıdış prosesində yaşanan tarixi hadisələrdən biri oldu.“Yaxın zamanlarda Qarabağa Böyük Qayıdış başlanılacaq. Bu, müasir Azərbaycan tarixinin ən böyük hadisəsi olacaq”. Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov hakim partiyanın və Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin birgə təşkilatçılığı ilə keçirilən “Qarabağın və Şərqi Zəngəzurun iqtisadi inkişafında qadın sahibkarlığının rolu” mövzusunda konfransda deyib.Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə yeni idarəetmə formasının yaradılması ilə bağlı addımlar atılır: “Prezident İlham Əliyev ata vəsiyyətini şərəflə yerinə yetirdi, güclü Azərbaycan yaradaraq düşməni onunla hesablaşmağa vadar etdi. Müdrik siyasət nəticəsində Azərbaycanın regionada iqtisadi gücü daha da artıb. Əldə edilmiş qələbə qarşıdakı illərdə davamlı islahatlarla yeni imkanlara çevriləcək. Yeni iqtisadi rayonların yaradılması formalaşmış obyektiv reallıqları əks etdirir. Yaxın dövrdə müstəqil Azərbaycanın yeni yaradılan iqtisadi rayonlarının inkişafının şahidi olacağıq”.Bu tipli açıqlamanı hələ ötən həftə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da Malayziya xarici işlər nazirinin müavini Kamarudin Caffarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib:“Yaxın zamanlarda ilk məcburi köçkün ailələrinin öz evlərinə geri dönüşünün şahidi olacağıq”.Deputat, iqtisadçı alim Azər Badamov qayıdış mərhələsində çox mürəkkəb prosesin getdiyinə işarə etdi: “İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası işlərinin aparılması çətin və mürəkkəb prosesdir. Çünki ermənilər bu əraziləri işğal altında saxladıqları 30 ildə darmadağın edib, 10 minlərlə minalarla zəhərləyib. İşğala son qoyduğumuzdan sonra görməyə başladığımız ilk məsələ ərazilərin minalardan təmizlənməsi olub. Ermənilər bəzi rayonların minalanmış ərazilərinin xəritələrini bizə versələr də, çox təəssüf ki, bu xəritələrin dəqiqliyi maksimum 25%-dir. Ona görə də işğaldan azad olunmuş ərazilərin hər bir qarışını yoxlamalı oluruq. Müvafiq qurumlar ilk növbədə kommunikasiyaların keçəcəyi əraziləri minalardan təmizləyib. Ona görə də qısa zaman kəsiyində yollar çəkilib və çəkilməkdədir. Füzuli Beynəlxalaq Hava Limanı istifadəyə verildi. Bir neçə rayonun baş planları təsdiqlənib. Elektrik şəbəkəsi demək olar ki, yenidən qurulub. Şuşanın bərpası işləri sürətlə aparılır. Və digər layihələrin icrası davam etdirilir. Tezliklə Ağalı kəndi ağıllı kənd konsepsiyasında yenidən tikilib başa çatdırılaraq öz sakinlərini qarşılayacaqdır. O cümlədən Şuşaya da qayıdışın başlanğıcı olacaqdır. İşlər çox sürətlə aparılır. Dövlət başçımız və birinci vitse-prezident mütəmadi olaraq  bu ərazilərə səfərlər edir,  icra olunan və icra olunmuş layihələrlə yerində tanış olur, tapşırıqlarını verir və  yeni layihələrin təməlləri qoyulur. Burada işlərin gedişatı ilə bağlı  narahatedici məqamlar yoxdur.  Görülən işləri hər bir vətəndaşımız yüksək dəyərləndirir”.İqtisadçı alim Qarabağa qayıdışda Azərbaycanın yeganə rəqibinin zaman olduğunu söylədi:“Sevindirici haldır ki, vətəndaşlarımız 30 ildən sonra turist qismində olsa da artıq sərnişin avtobusları vasitəsilə Şuşaya və Ağdama səfər etmək imkanını əldə edib. Bu ərazilərə səfər edən sərnişinlərin təhlükəsiz gediş-gəlişini təmin etmək üçün müəyyən tələblər qoyulub və izahat işi aparılır. Çünki bütün ərazilər minalardan təmizlənib başa çatmayıb. İcazə verilməyən ərazilərə giriş minaya düşmək riskini artırır. Ona görə də hər bir sərnişin müəyyən olunmuş ərazilərdən kənara çıxmamalıdır. Biletlərin qiymətləri isə düşünürəm ki, simvolikdir. Burada səfərlərin təşkili daşıyıcıların gəlir götürməsinə hesablanmayıb. Məqsəd vətəndaşların 30 ildə intizarla gözlədikləri ərazilərə gedişini təşkil etməkdir. Bu gün Şuşaya və Ağdama müəyyən məhdudiyyətlərlə səfər etmək imkanına malik olmuşuqsa da, yaxın gələcəkdə əraziləri minalardan təmizlədikcə məhdudiyyətlər aradan qaldırılacaq və səfərlər də sərbəst olacaqdır.İşğaldan azad olunmuş ərazilərin bərpasına dövlət büdcəsinin yetərli olub-olmadığına toxunanda qeyd etmək istəyirəm ki, bu, uzunmüddətli prosesdir. Keçən il və bu il hər il 2.2 milyard manat bu prosesə vəsait ayrılıb. Bundan sonra həmin ərazilər tam bərpa edilib başa çatana qədər hər il dövlət büdcəsindən ölkənin iqtisadi gücünə uyğun vəsaitlər ayrılacaq. Ermənilərin viran qoyduğu ərazilərimiz 10 min kvadrat kilometrdən çox olmaqla dünyada 30-a yaxın  ölkənin ərazilərindən böyükdür. Bu əraziləri dövlətimiz heç bir xarici maliyyə dəstəyi olmadan ancaq öz iqtisadi gücü ilə bərpa edir. Bu o demək deyil ki, yenidənqurma və bərpa işləri yavaş gedir. Bütün gücümüz demək olar ki, işğaldan azad olunmuş ərazilərə səfərbər olunub. Son bir ildə bu ərazilərdə görülmüş işlərin masştabı hətta böyük dövlətləri təəccübləndirir. Qeyd etmək istəyirəm ki, işğaldan azad olunmuş ərazilərimizin hər bir qarışı bərpa olunmalıdır. Ona görə də qaçqınların bu ərazilərə qayıdışı mərhələli şəkildə icra olunacaqdır. Hansı yaşayış məntəqələri rahat və təhlükəsiz  yaşayış üçün yetərli olarsa, o yerlərə də sakinlər qayıdacaqlar. Düşünürəm ki, cari ildə qayıdışımız Ağalı kəndi və Şuşa şəhərindən başlanacaq. Cənab Prezidentin qeyd etdiyi kimi, işğaldan azad olunmuş ərazilərin bərpasında yeganə rəqibimiz zamandır. Tam qayıdışımızın da zaman aparan proses olduğunu düşünürəm\".Deputat hər kəsi anlayışlı olmağa da çağırdı:“İşğaldan azad olunmuş topraqların hansı ərazilərində çox və ya az mina basdırılmasından asılı olmayaraq hər bir qarışı yoxlanılmalıdır. Çünki, minalar torpağın altında olduğundan hansı ərazilərdə minaların olmadığını heç kim deyə bilməz. Müharibə bitəndən bu günə qədər 200 vətəndaşımız minaya düşərək ya həlak olmuş və ya da ağır yaralanmışdır. Ona görə də o yerlərə köç etməyimiz üçün səbirli olmalıyıq.  Dövlətimiz üçün hər bir vətəndaşımızın həyatı dəyərlidir. Ona görə də böyük maliyyələr sərf edilərək minatəmizləmə işləri aparılır və qayıdacaq insanların  təhlükəsizliyi təmin edilir. Düzdür, 30 il həsrətlə gözləməyimiz indi bizi tələsdirir. Amma real  vəziyyəti də hamımız başa düşməliyik. Qayıdışımız yubanmır. İcra olunan hər bir iş plan üzrə gedir. Orada hər hansı bir gecikmə yoxdur. Sadəcə, görüləcək işlərin miqyası və həcmi çox böyükdür. Qayıdışımız nə vaxt olacağından asıllı olmayaraq azad olunmuş ərazilərin hər bir qarışı ordumuz tərəfindən göz bəbəyi kimi qorunur. Ermənistanla bütün sərhəd boyu sərhədçilərimiz yerləşib və vəziyyətə nəzarət olunur. Düşmən tərəfindən hər hansı təxribata cəhdin qarşısı çox ciddi şəkildə alınır. Biz işğaldan azad olunmuş ərazilərə qaçqınları yüksək yaşayış şəraiti yaradaraq qaytaracağıq. 30 il əzab içində yaşayan qaçqınlarımız müasir qurulmuş evlərdə rahat yaşamaqla  o çəkdiyi əzabları unudacaqlar. Hətta düşmənlərimiz də qaçqınlarımız üçün yaradacağımız şəraiti görüb təəccüblənəcəklər. Bu il, qeyd etdiyim kimi, Ağalı kəndinin yenidən qurulması başa çatacaq və ilk qayıdışımızın baş tutacağı gözlənilir. İşlər planauyğun  və öz axarı ilə gedir. Xarici işlər nazirinin qaçqınların yaxın zamanlarda öz evlərinə geri dönəcəkləri ilə bağlı dediyi fikir də reallığa uyğundur. Cənab Prezidentin qeyd etdiyi kimi: ”Nəyi, necə və nə vaxt etmək lazım olduğunu hamıdan yaxşı bilirik\".//Musavat.com') AND id != 87245 AND approve=1 AND date < '2024-04-26 21:05:06' LIMIT 5