34 yaşlı müəllim intihar etdi - FOTO
21 yanvar 2022 14:22
Baxış: 133
Şərh: 0
Çap
Göyçay rayon sakini intihar edib. Xalqinfo.az Apa-ya istinadən xəbər verir ki, hadisə bu gün Göyçay şəhərində qeydə alınıb. Ərəbcəbirli kənd sakini, 1988-ci il təvəllüdlü Gülnar Yusifova şəhərin H.Tağıyev küçəsində yerləşən evində özünü zəhərləyərək öldürüb. Ərəbcəbirli kənd tam orta məktəbində müəllim işləyən və 3 uşaq anası olan Gülnar Yusifovanın intiharının səbəbi hələ ki, məlum deyil. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər.
Qadının meyiti müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə aparılıb. Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
|