Azərbaycandan Türkiyəyə gedənlərin sayı 2 dəfədən çox artıbBölmə: Xəbər, İqtisadiyyat
![]() 2021-ci ildə Azərbaycandan Türkiyəyə gedən ölkə vətəndaşlarının sayı 2020-ci illə müqayisədə 2,2 dəfə çox olub. “Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Məlumatda deyilir ki, ötən il Azərbaycandan xarici ölkələrə gedən ölkə vətəndaşlarının ümumi sayı əvvəlki ilə nisbətən 16,3 % azalaraq 974,5 min nəfər olub. O cümlədən İrana gedən Azərbaycan vətəndaşlarının sayı 80,6 %, Gürcüstana gedənlərin sayı 75,3 % azalıb, Türkiyəyə gedənlərin sayı 2,4 dəfə, Rusiyaya gedənlərin sayı isə 7,8 % artıb. Ölkə vətəndaşlarının 47,3 %-i Türkiyəyə, 24,3 %-i Rusiyaya, 7,8 %-i Gürcüstana, 6,8 %-i İrana, 13,8 %-i digər ölkələrə səfər edib. Gedənlərin 66,3 %-ni kişilər, 33,7 %-ni qadınlar təşkil edib. 2021-ci ildə xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 68,8 %-i hava, 28 %-i dəmir yolu və avtomobil, 3,2 %-i isə dəniz nəqliyyatından istifadə edib. |
XƏBƏR LENTİ
31.01.23 13:21 | Səhlab Bağırov yeni yaradılan mərkəzin rəisi oldu
31.01.23 12:34 | Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür
30.01.23 15:41 | Azər Namazov işdən çıxarılıb
30.01.23 15:36 | Hollandiyadakı etirazda 768 ekoloji fəal saxlanıldı
30.01.23 15:31 | Prezidentlərin geniş tərkibdə görüşü olub
30.01.23 15:30 | Azərbaycan və Macarıstan Prezidentlərinin təkbətək görüşü oldu
30.01.23 15:15 | Ukraynalı səfir İran XİN-ə çağırıldı
30.01.23 15:12 | Ərdoğan AÇIQLADI: “Bizi təhdid edənlər...”
30.01.23 14:59 | Güneydə molla rejiminin qeyri-insani rəftarı davam edir
30.01.23 14:58 | Sabah qar yağacaq, yollar buz bağlayacaq
30.01.23 14:51 | Azərbaycanda yüksək vəzifəli şəxs işdən çıxarıldı
30.01.23 14:34 | Azərbaycanda ŞOK: Milli Məclisin 75 yaşlı deputatı sünnət olundu
30.01.23 14:29 | Orxan Əsgərov dəfn olundu
30.01.23 14:26 | Budapeştdə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
29.01.23 15:04 | Nə Ukrayna, nə də Rusiya müharibədə... - ŞOK PROQNOZ
29.01.23 15:00 | Erməni ekspert: "Qərb Sünik dəhlizinin açılmasının əleyhinə deyil"
29.01.23 14:26 | Baş verən partlayışla bağlı İrandan rəsmi AÇIQLAMA
29.01.23 14:17 | Cavabımız sürətli, güclü və dəqiq olacaq — Netanyahu
29.01.23 10:29 | Sosial mediada ən çox izlənilən dünya lideri o oldu
|