» » Türkiyəli nazir: "Naxçıvana qaz kəmərinin çəkilməsinə başlamağa hazırlaşırıq"

Türkiyəli nazir: "Naxçıvana qaz kəmərinin çəkilməsinə başlamağa hazırlaşırıq"

Bölmə: Xəbər, İqtisadiyyat, BLOK XƏBƏR
Türkiyəli nazir: "Naxçıvana qaz kəmərinin çəkilməsinə başlamağa hazırlaşırıq"
Türkiyə və Azərbaycan Naxçıvana təbii qaz boru kəmərinin çəkilməsinə başlamağa hazırlaşır.

“Report” xəbər verir ki, bunu "Anadolu" İnformasiya Agentliyinə müsahibəsində bu ölkənin enerji və təbii sərvətlər naziri Fatih Dönmez deyib.

F.Dönməzin sözlərinə görə, artıq azərbaycanlı həmkarı ilə bu məqsədlə anlaşma memorandumu da imzalayıb:

“Azərbaycanın energetika naziri Pərviz Şahbazov ilə anlaşma memorandumu imzaladıq. Azərbaycanın bəzi texniki məlumatları təsdiqlənməsini gözləyirik. Həmin təsdiqlər gələn kimi xəttin inşasına başlayacağıq.

Marşrutun müəyyən edilməsi, araşdırma, inventarlaşma, proqnozlaşdırma kimi hazırlıq işləri bitdi.

Ortaq bir layihə həyata keçiririk. Müqavilənin mətnindən fərqli bəzi texniki məlumatların bizimlə paylaşılması lazımdır.

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) bu məlumatı verən kimi işlərə başlayacağıq", - nazir əlavə edib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler