» » Bu il tütün və onun sənaye əvəzedicilərinin ixracı 50 %-dək azalıb

Bu il tütün və onun sənaye əvəzedicilərinin ixracı 50 %-dək azalıb

Bölmə: Xəbər, İqtisadiyyat, BLOK XƏBƏR
Bu il tütün və onun sənaye əvəzedicilərinin ixracı 50 %-dək azalıb
Bu ilin yanvar-may aylarında Azərbaycana 41,330 milyon ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edilib.

Xalqinfo.az-ın Dövlət Gömrük Komitəsinin statistikasına istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,887 milyon ABŞ dolları və yaxud 27,39 % çoxdur.

Hesabat dövründə tütün və tütün məmulatlarının idxalı ümumi idxalın 0,94 %-ni təşkil edib.

Bu ilin ilk 5 ayı ərzində Azərbaycandan 2,774 milyon ABŞ dollarlıq tütün və onun sənaye əvəzediciləri ixrac edilib ki, bu da illik müqayisədə 2,627 milyon ABŞ dolları və yaxud 48,64 % azdır.

Tütün və tütün əvəzedicilərinin ixracı ümumi ixracın 0,04 %-nə bərabər olub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler