» » Hadrutda “Dəmir yumruq” abidəsi qoyuldu - Fotolar

Hadrutda “Dəmir yumruq” abidəsi qoyuldu - Fotolar

Bölmə: Xəbər, Siyasət, KİTAB ALƏMİ
Hadrutda “Dəmir yumruq” abidəsi qoyuldu - Fotolar
İşğaldan azad edilmiş Hadrut qəsəbəsində “Dəmir yumruq” abidəsi qoyulub.

“Qafqazinfo” xəbər verir ki, heykəlin görüntüsü sosial şəbəkələrdə yayılıb.

Fotodan göründüyü kimi, onun aşağısında dronlar və əsgərlər təsvir edilib. Abidə şəhidlərin xatirə kompleksinin qarşısında, Azərbaycan və Türkiyə bayraqlarının əhatəsində qoyulub.

Qeyd edək ki, müharibə dövründə düşmənə qarşı “Dəmir yumruq” ifadəsi Prezident İlham Əliyev tərəfindən səsləndirilib. Ali Baş Komandan Azərbaycan xalqının və Ordusunun bu əməliyyat adı altında məhz “Dəmir yumruq” kimi birləşdiyini, bu yumruq zərbəsinin işğalçıların başına endiriləcəyini bəyan etmişdi. Sonrakı mərhələlərdə düşmənin revanş addımları atacağı təqdirdə də İlham Əliyev “Dəmir yumruğ”u hər kəsə xatırladaraq onun daim yerində olduğunu qeyd etmişdi. Bu mənanı ifadə edən abidənin məhz Hadrutda qoyulması isə xüsusi əhəmiyyət kəsb edir.
Hadrutda “Dəmir yumruq” abidəsi qoyuldu - Fotolar
Hadrutda “Dəmir yumruq” abidəsi qoyuldu - Fotolar
Hadrutda “Dəmir yumruq” abidəsi qoyuldu - Fotolar
Hadrutda “Dəmir yumruq” abidəsi qoyuldu - Fotolar

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler