» » Şəhidin yeni doğulan övladına Şuşa adı verildi

Şəhidin yeni doğulan övladına Şuşa adı verildi

Bölmə: Xəbər, MARAQLI, BLOK XƏBƏR
Şəhidin yeni doğulan övladına Şuşa adı verildi
ətən müharibəsində şəhid olan baş leytenant Ağayev Elçin Zakir oğlunun üçüncü qız övladı dünyaya gəlib.

“Qafqazinfo” xəbər verir ki, bu gün xəstəxanadan evə buraxılan körpəyə Şuşa adı verilib.

Şəhid yaxınlarının verdiyi məlumata görə, Elçin Şuşanın azadlığında iştirak etməyi arzulayıb, bu şəhəri görmək istəyib. Buna görə də onun yeni doğulan övladına Şuşa adı verilib.

Qeyd edək ki, 1993-cü ildə Cəlilabad rayonunun Günəşli kəndində anadan olan Elçin Ağayev Heydər Əliyev adına Ali Hərbi Məktəbi başa vuraraq, öz xahişi ilə xidməti vəzifəsini cəbhə bölgəsində davam etdirib və 4 il bölük komandiri işləyib.

Zabitimiz ötən il oktyabrın 6-da Suqovuşan uğrunda gedən döyüşlərdə şəhid olub. Göstərdiyi qəhrəmanlıqlara görə ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.

Şəhidin yeni doğulan övladına Şuşa adı verildi
Şəhidin yeni doğulan övladına Şuşa adı verildi

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler