» » Şeyxin məhkəməyə verdiyi şirkətdən-

Şeyxin məhkəməyə verdiyi şirkətdən- AÇIQLAMA

Bölmə: Xəbər
Şeyxin məhkəməyə verdiyi şirkətdən- “Travel and Holiday” MMC Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) onları məhkəməyə verməsi xəbərinə aydınlıq gətirib.

Şirkətdən azvision.az-a bildirilib ki, QMİ “Travel and Holiday” MMC-dən şikayətçi deyil:

“Bu məlumat düzgün deyil. Belə bir şey yoxdur. Boş-boş söhbətlərdir. Bizi heç kəs məhkəməyə verməyib. Ödənilən vəsaitlərin geri qaytarılması ilə bağlı heç bir problem yoxdur”.

Qeyd edək ki, Bakı Apelyasiya Məhkəməsindən bildirilib ki, QMİ “Travel and Holiday” MMC-dən şikayətçidir. İdarə müqavilə üzrə ödənilmiş pul vəsaitlərinin geri qaytarılmasını tələb edir. Şeyxülislam HacıAllahşükür Paşazadənin sədri olduğu idarənin şirkətdən nə qədər pul tələb etdiyi açıqlanmır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler