» » “Qarabağ” üçün ən böyük uğur yeni qurulan təlm-məşq bazasıdır" -

“Qarabağ” üçün ən böyük uğur yeni qurulan təlm-məşq bazasıdır" - Tahir Gözəl

Bölmə: Xəbər, BLOK XƏBƏR, GÜNDƏM
“Qarabağ” üçün ən böyük uğur yeni qurulan təlm-məşq bazasıdır" -


“Legionerlərlə bağlı limit qaldırılarsa, bu “Qarabağ”a böyük kömək edər”.

"Xalqinfo"un ANS PRESS-ə əsasən verdiyi məlumatına görə, bunu “Qarabağ” klubunun vitse-prezidenti Tahir Gözəl bu gün keçirilən mətbuat konfransında deyib. O bildirib ki, belə olan halda çox qısa zamanda böyük uğurlar əldə etmək mümkündür:

“Amma bir tərəfədən də belə düşünürük ki, öz azərbaycanlı futbolçularımızı yetişdirək. Bu limit ölkə futbolunun inkişafına da müsbət təsir edəcək. “Qarabağ” üçün ən böyük uğur yeni qurulan təlm-məşq bazasıdır. Bizim klub bu günə kimi çox çətinliklər çəkib. Öz aramızda müzakirələr aparıb gələcəklə bağlı hədəflərimizi müəyyən edəcəyik. Biz Qurban Qurbanovla çalışmamıza davam edəcəyik”.

Klub rəsmisi bildirib ki, bu cür sadə vəziyyətdən o cür qərarın çıxarılması bizim üçün çox ağırdır: ““Qarabağ”ın UEFA ilə çox yaxşı münasibətləri var. Təəssüf ki, əlimizdə hər hansı sübut və ya fakt yoxdur. Biz UEFA ilə münasibətlərimizi də korlamaq istəmirik. Ancaq hələ də bu cür vəziyyətdən belə qərar çıxarılması bizdə sual doğurur”, - deyə Tahir Gözəl söyləyib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler