» » Polisin sərxoş halda saxladığı Eldar Hacıyevin oğlu deyilmiş - Fotolar

Polisin sərxoş halda saxladığı Eldar Hacıyevin oğlu deyilmiş - Fotolar

Bölmə: Xəbər, BLOK XƏBƏR, MANŞET
Polisin sərxoş halda saxladığı Eldar Hacıyevin oğlu deyilmiş - Fotolar
DYP-nin keçirdiyi son reyddə sərxoş halda saxlanılan sürücülərdən biri məmur övladıdır.

Xalqinfo.az BakuPost-a istinadən xəbər verir ki, kobud qayda pozuntusu etdiyi üçün Nobel prospektində saxlanılan "Yaguar” markalı avtomobilin sürücüsü Fərhad Hacıyevin yoxlama zamanı sərxoş vəziyyətdə sükan arxasında əyləşdiyi məlum olub. Sərxoşluq dərəcəsinin müəyyən edilməsi üçün həkim müayinəsinə gətirilən sürücünün etdiyi qayda pozuntusu sübuta yetirilib.

Əldə edilən məlumata görə, Fərhad Hacıyev AZAL-ın vitse-prezidenti Eldar Hacıyevin oğludur. DYP Fərhad Hacıyevin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün sənədləri məhkəməyə göndərib.

Qeyd edək ki, F.Hacıyevin idarə etdiyi avtomobilin qiyməti 300 min manat civarındadır.

***

“AZAL”ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski “Qafqazinfo”ya açıqlamasında bildirib ki, sözügedən şəxsin qurumun vitse-prezidenti Eldar Hacıyevlə heç bir bağlılığı yoxdur:

“O şəxs Eldar Hacıyevin oğlu deyil. Məlumat yanlışdır”.

Polisin sərxoş halda saxladığı Eldar Hacıyevin oğlu deyilmiş - Fotolar
Polisin sərxoş halda saxladığı Eldar Hacıyevin oğlu deyilmiş - Fotolar
Polisin sərxoş halda saxladığı Eldar Hacıyevin oğlu deyilmiş - Fotolar

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler