Zakir Həsənov hərbi laboratoriyanın açılışında - Foto + VideoBölmə: Xəbər
![]() Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Müdafiə Nazirliyinin yeni inşa olunan Mərkəzi Hərbi Baytarlıq Laboratoriyasının açılışında iştirak edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Xalqinfo.az-a verilən məlumata görə, ən müasir texniki avadanlıqlarla təchiz edilmiş laboratoriyada qida təhlükəsizliyinə nəzarət dövlət standartlarına, normativ texniki və digər rəhbəredici sənədlərin tələblərinə uyğun olaraq həyata keçirilir. Laboratoriyada Azərbaycan Ordusunun şəxsi heyəti üçün tədarük edilən bitki, heyvan və qeyri-üzvi mənşəli ərzaq məsullarının müayinəsi aparılır. Xüsusi ayrılmış otaqlarında qida məhsullarının fiziki-kimyəvi, bakterioloji, radioloji və toksikoloji müayinəsi həyata keçirilir, ərzağın tam yararlı olmasına və keyfiyyət standartlarına uyğun gəlməsinə nəzarət edilir. Məruzə olunub ki, burada çalışan şəxsi heyətin normal fəaliyyəti və rahat istirahəti üçün də ərazidə şərait yaradılıb. Sonra Müdafiə naziri Mərkəzi Əşya Bazası və Mərkəzi Ərzaq Anbarları ərazisində yeni inşa edilmiş saxlanclara baxış keçirib. Qeyd edək ki, bu növ bazalar cəbhəboyu zonada da fəaliyyət göstərir və müxtəlif istiqamətlərdə yerləşən hərbi hissələrin şəxsi heyətinin təminatını tam ödəyir. Müdafiə naziri Azərbaycan Ordusunun şəxsi heyəti üçün nəzərdə tutulmuş ərzaq və əşya əmlakının etalon nümunələrinə baxıb, burada nümayiş etdirilən məhsulların, eləcə də bütün növ geyim formalarının rahatlığı, keyfiyyəti və davamlığı ilə də maraqlanaraq müvafiq göstərişlər verib. ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() |
XƏBƏR LENTİ
11.05.25 05:54 | ABŞ təsdiqlədi: Ukraynaya 125 raket və 100 "Patriot"...
11.05.25 05:53 | Bu ölkədə şahmat qadağan edildi
11.05.25 05:49 | “Heydər Əliyevin qurduğu dövlət hədəflərə doğru inamla irəliləyir”
11.05.25 05:44 | Britaniya Ukraynaya “Raven” sistemlərini göndərir
11.05.25 05:42 | BMT rəsmisi Hindistan və Pakistan arasındakı atəşkəsi alqışladı
11.05.25 05:35 | Ağır qəzada ölən iki qardaşın - Fotosu
11.05.25 05:34 | 4 ölkənin lideri Kiyevdədir
11.05.25 05:31 | “Hesab etdim ki, məhz bu gün burada olmalıyam”
11.05.25 05:25 | Tofiq Yaqublu aclıq aksiyasını dayandırdı
10.05.25 14:55 | Heydər Əliyev siyasi irsinin təməl sütunları
04.05.25 15:34 | Deputat Azər Badamov Moskva aeroportunda saxlanıldı
20.04.25 07:21 | “Kursk vilayətinin 99,5 faizi azad edilib”
20.04.25 07:19 | Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
20.04.25 04:27 | Bu generala yüksək vəzifə verildi
20.04.25 04:16 | İcra başçısının qazi haqda şikayəti ilə bağlı qərar verildi
20.04.25 04:12 | Ağstafada toydan uşaq oğurlayan qazi saxlanıldı
20.04.25 04:06 | Putin “Pasxa atəşkəsi” elan etdi
20.04.25 04:02 | Şərurlu İsfəndiyarın oğlu həbs edildi
18.04.25 10:22 | Rusiya dünyada analoqu olmayan xərçəng dərmanı hazırladı
17.04.25 17:19 | “Səhhətlərində problem varsa, müalicə üçün şərait yaradılmalıdır”
17.04.25 17:17 | Prezident onları nazir müavini təyin etdi
17.04.25 17:06 | Orduxan Teymurxan Baş Prokurorluğa çağırıldı
|