» » İŞİD-ə qoşulmaq istəyən azərbaycanlının kimliyi açıqlandı -

İŞİD-ə qoşulmaq istəyən azərbaycanlının kimliyi açıqlandı - YENİLƏNİB

Bölmə: Xəbər, BLOK XƏBƏR
İŞİD-ə qoşulmaq istəyən azərbaycanlının kimliyi açıqlandı - Türkiyədən Suriyaya keçmək istəyərkən saxlanılan Azərbaycan vətəndaşlarının adları məlum olub.
Xalqinfo.az apa-ya istinadən bildirir ki, saxlanılan şəxslər – 1991-ci il təvəllüdlü Paşayeva Simnarə Simral qızı, onun qızı, 2014-cü il təvəllüdlü (10 aylıq) Paşayeva Məryəm Araz qızı, 1996-cı il təvəllüdlü Musayeva Aynur Vahid qızı və 1990-cı il təvəllüdlü Əlimətov Abdul Azad oğludur.

Məlumata görə, azyaşlı uşağı ilə birlikdə Suriyaya getmək istəyən S. Paşayevanın əri Araz hazırda “İslam Dövləti” silahlı qruplaşması tərkibində vuruşur.

İstanbuldakı baş konsulu Həsən Zeynalov isə açıqlamasında saxlanılanların yaxın günlərdə Azərbaycana deportasiya olunacaqlarını deyib: “Hazırda həmin şəxslərin izahatı alınır. Bu işlər başa çatandan sonra onların hamısı Azərbaycana deportasiya olunacaq”.

Qeyd edək ki, “İslam Dövləti” qruplaşmasına qoşulmaq üçün Suriyaya keçməyə cəhd etdikləri iddia olunan 4 Azərbaycan vətəndaşı Türkiyənin Kilis bölgəsində saxlanılıb.

Məıumata görə, Kilis polisi ümumilikdə 22 nəfərdən ibarət olan qrupun rayonun Suriya ilə sərhəd olan Aşağı Bəylərbəyi kəndindən sərhədi keçməyə cəhd göstərməsi barədə məlumat alıb. Saxlanılanların pasportları yoxlanılarkən, onlardan 4-nün azərbaycanlı bir ailənin üzvləri olduqları ortaya çıxıb.

Saxlanılanlar deportasiya edilmək üçün rayon polis idarəsinin xaricilərlə iş şöbəsinə təhvil veriliblər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler