» » Girovların azadlığı üçün aclıq aksiyasına start verildi -

Girovların azadlığı üçün aclıq aksiyasına start verildi - FOTOLAR

Bölmə: Xəbər, BLOK XƏBƏR
Girovların azadlığı üçün aclıq aksiyasına start verildi - Qarabağ Azadlıq Təşkilatı beynəlxaql təşkilatlar qarşısında konkret tələblər irəli sürdü.
Azərbaycan hakimiyyətini danışıqlardan imtinaya çağırdı.

Qarabağ Azadlıq Təşkilatı azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin talelərinə beynəlxalq təşkilatların biganəliyi və Azərbaycan hakimiyyətinin fəaliyətsizliyinə etiraz olaraq aclıq aksiyasına başlayıb.Xalqinfo.az bildirir ki, bu barədə təşkilatın sədri Akif Nağı musavat.com-a məlumat verib.

Onun sözlərinə görə, girovların azad olunması ilə bağlı aclıq aksiyası bu istiqamətdə aparılan mübarizənin ilkin mərhələsidir və növbəti sürpriz tədbirlər də olacaq.

QAT-ın aksiya ilə bağlı yaydığı açıqlamada isə deyilir: “Aksiya iştirakçıları BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqını, ayrıca olaraq Minsk qrupunu işğalçı Ermənistanın bu qanunsuz hərəkətlərinə, girovlara işgəncə verilməsinə, saxta “məhkəmə prosesi”nə dözməməyə, biganəliyə son qoyaraq günahsız insanları erməni cinayətkarlarının əlindən almağa çağırır, həmçinin Azərbaycan hakimiyyətindən girovları xilas etmək üçün ən radikal addımları atmağı tələb edir. Aksiyaya ilk olaraq QAT sədri Akif Nağı, İdarə heyyətinin üzvü Nəsib Cəfərov, Ali Məclis üzvləri Tahir Bayramov, Rəhman Cəfərov və digərləri qoşulub”. Məlumatda deyilir ki, girov Dilqəm Əsgərovun qardaşı Sahib Əsgərov, qardaşı arvadı Cəmilə Musayeva, döyüş yoldaşı Sevindik Məmmədov və digərləri aksiya iştirakçılarına baş çəkərək, dəstək veriblər: “Həkim Zöhrab Şirinov aksiya işrirakçılarının sağlamlıq durumunu yoxlayıb. Aksiya iştirakçılarının beynəlxalq təşkilatlara, Azərbaycan hakimiyyəti və cəmiyyətinə müraciətində göstərilir: Biz azərbaycanlı girov Həsən Həsənovun cinayətkar Ermənistan rejimi tərəfindən vəhşiliklə qətlə yetirilməsini, onunla birlikdə girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin hələ də əsirlikdə saxlanılmasını, onların üzərində qondarma “məhkəmə prosesi”nin qurulmasını qətiyyətlə pisləyir, bunu erməni vəhşiliyinin, qəddarlığının, barbarlığının növbəti nümunəsi hesab edirik. Ermənilərin azərbaycanlılara, türklərə, bütün islam dünyasına qarşı son yüz ildə törətdikləri qətliam, soyqırım, təcavüzlərlə bağlı minlərlə fakt məlumdur. Ermənilər indi də həmin cinayətkar siyasətini davam etdirir, 14 min kvadrat kilometrlik Azərbaycan ərazilərini işğal altında, 4 mindən artıq azərbaycanlını girovluq və əsirlikdə saxlayır, minlərlə tarix, mədəniyyət, dini abidələri məhv etməklə məşğul olur”. QAT bəyan edir ki, bütün bunlara görə təşkilat üzvləri beynəlxalq təşkilatları və Azərbaycan hakimiyyətini ittiham edir: “Məhz beynəlxalq təşkilatların, birinci növbədə BMT, ATƏT, Avropa İttifaqı, Avropa Şurası, Minsk qrupu , Qırmızı Xaç Komitəsinin ədalətsiz mövqeyinin, həmçinin Azərbaycan hakimiyyətinin qətiyyətsizliyi və fəaliyyətsizliyinin nəticəsidir ki, işğalçı Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf ərazilərində yaradılan qondarma rejim hələ də qalır və onun adından bu cür cinayətlər törədilir, azərbaycanlılar qətlə yetirilir, saxta “məhkəmə prosesləri” qurulur. Biz hesab edirik ki, bu hala son qoyulması, bu cür cinayətlərin təkrar olunmaması üçün beynəlxalq təşkilatlar və Azərbaycan birgə hərəkət etməli, təcili tədbirlər həyata keçirməli, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayon, Naxçıvanın Kərki kəndi, Qazax rayonunun 7 kəndi, Ermənistanla sərhəddə olan bir sıra yüksəkliklər qeyd-şərtsiz və dərhal Azərbaycana qaytarılmalı,bu ərazilərdə Azərbaycanın suveren hüquqları bərpa edilməlidir”.

QAT-ın yaydığı sənədin yekununda aşağıdakı qaydada konkret tələblər irəli sürülüb:

1. BMT, ATƏT, Avropa İttifaqı, Avropa Şurası, Qırmızı Xaç Komitəsinin rəhbərləri azərbaycanlı girovlarla bağlı məsələni təcili müzakirəyə çıxarmalı, girovların Azırbaycana qaytarılması üçün təsirli addımlar atmalıdırlar.

2. ATƏT-in Minsk qrupunun həmsədrləri 22 illik mənasız və nəticəsiz fəaliyyətdən sonra, heç olmasa indi bir iş görməli, məsələyə ciddi müdaxilə etməlidirlər.

3. İslam Əməkdaşlıq Təşkilatı azərbaycanlı girovlarla bağlı təcili müzakirələr keçirməli,təsirli tədbirlər görməli, quruma daxil olan ölkələrin işğalçı Ermənistanla bütün əlaqələri kəsməsinə dair qərar qəbul etməlidir.

4. Cəbhə xəttində vurulan helikopterdəki erməni meyitlərinin yalnız azərbaycanlı girovlar azad edildikdən sonra geri qaytarımasına imkan verilə bilər.

5. Azərbaycan hakimiyyəti işğalçı Ermənistanla danışıqları dayandırmalı, girovların azad edilməsi üçün lokal hərbi əməliyyat keçirməli, sonra isə torpaqlarımızın azad edilməsi üçün genişmiqyaslı hərbi əməliyyatlara başlamalıdır.

Biz inanmaq istiyirik ki,beynəlxalq təşkilatların rəhbərlərində azacıq da olsa, vicdan, ədalət hissləri qalıbsa, Azərbaycan hakimiyyətinin Vətən, Torpaq, Milli Qürur hissi varsa, öz sağlamlığı ilə risk edərək, aclıq aksiaysı keçirən insanların tələblərinə diqqətlə yanaşacaq, işğalçı Ermənistanın yerində oturdulması,cəzalandırılması, haqq-ədalətin bərpa olunması üçün addım atacaqlar. Biz Qarabağsız dözə bilmirik, Qarabağsız yaşamaq istəmirik!

Ya Qarabağ,ya ölüm!

Girovların azadlığı üçün aclıq aksiyasına start verildi - Girovların azadlığı üçün aclıq aksiyasına start verildi - Girovların azadlığı üçün aclıq aksiyasına start verildi - Girovların azadlığı üçün aclıq aksiyasına start verildi - Girovların azadlığı üçün aclıq aksiyasına start verildi - Girovların azadlığı üçün aclıq aksiyasına start verildi -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler