» » İtkin düşən azərbaycanlı deputatın meyiti tapıldı

İtkin düşən azərbaycanlı deputatın meyiti tapıldı

Bölmə: Xəbər
İtkin düşən azərbaycanlı deputatın meyiti tapıldıUkraynanın Luqansk şəhərində bir ay əvvəl itkin düşmüş Luqansk üzrə keçmiş azərbaycanlı deputat Azad Vəliyevin meyiti tapılıb.

Azərbaycanın Ukraynadakı səfirliyinin konsulluq məsələləri üzrə I katibi Asim Osmanov apa–ya açıqlamasında bildirib ki, bir ay əvvəl öldürülən meyit o qədər tanınmaz hala düşüb ki, yaxınları onun üzərindəki paltardan A. Vəliyev olduğunu biliblər.

A. Osmanov qeyd edib ki, hazırda meyit Luqanskda ekspertizaya təqdim edilib və ekspertizanın dəqiq cavabından sonra Azərbaycana göndəriləcək: “Onun yaxınları mənə bildirdilər ki, hadisə oktyabrın əvvəlində olduğu ehtimal edilir və meyitin yalnız sümük hissəsi qalıb. Mərhumun qohumları onun üzərindəki paltarının qalıqlarından tanıya biliblər”.

A. Vəliyev 2006 - 2010-cu illərdə Luqansk vilayət Şurasına seçilən yeganə azərbaycanlı deputat olub.

Qeyd edək ki, A. Vəliyevin bir müddət əvvəl Luqansk yaxınlığında itkin düşdüyü bildirilmişdi

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler