» » Bank borcu olan vətəndaşın evini dağıtdı

Bank borcu olan vətəndaşın evini dağıtdı

Bölmə: Xəbər
Bank borcu olan vətəndaşın evini dağıtdıBankdan götürdüyü pulu vaxtında geri qaytara bilmədiyi üçün bank işçiləri vətəndaşın evini dağıdaraq yaşanmaz hala salıblar.

Xalqinfo.az aznews.az-a istinadən xəbər verir ki, bu haqda məlumatı Feysbuk sosial şəbəkəsinin Sancaq səhifəsinin adminləri paylaşıb. Məlumata görə, Sumqayıtda bir ailə Qafqaz İnkişaf Bankından 8 min manat kredit götürüb və vaxtında pulu ödəyə bilmədiyi üçün bank işçiləri zorla vətəndaşın evinə girərək ailə üzvlərini küçəyə atıb, bütün mənzili dağıdıblar.

Sancaq səhifəsi deyilənləri sübut edəcək bir foto da paylaşaraq yazıb:

“Mənzil sahibləri banka olan borclarını ödəmək istədikləri bildirsələr də, bank bunu rədd edərək mənzilin artıq 15.000 manata satıldığını deyir. Bu hadisə həmin binada yaşayan qonşuları şoka salıb. Mənzil sahibləri bununla bağlı hər yerə şikayət yazıb, lakin heç birinə baxılmayıb”.

Bankın münasibətini öyrənməyə çalışırıq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler