Məktəbdəki yanğınla bağlı rəsmi açıqlama- Xəsarət alan yoxdurBölmə: Xəbər
Bakı Şəhəri üzrə Təhsil İdarəsi 51 nömrəli orta məktəbdə baş verən yanğınla bağlı məlumat yayıb. Xalqinfo.az qafqazinfo-ya istinadən bildirilir ki, səhər saatlarında 51 nömrəli orta məktəbdə qısaqapanma səbəbi ilə yanğın baş verib. Bu zaman məktəbdə olan şagirdlər və müəllim kollektivi təxliyyə edilib. Yanğın zamanı xəsarət alan olmayıb. Məktəbdə tədris sabahdan etibarən bərpa olunacaq. |
|