Milli geyim dəfiləsi keçirildi: "Ənənədən Gələcəyə" - FotolarBölmə: Xəbər
Bu gün "Sara Xatun" jurnalı və Bakı Milli Geyim Evinin birgə təşkilatçılığı ilə "Ənənədən Gələcəyə" adlı milli geyim dəfiləsi keçirilib. Publika.az xəbər verir ki, tədbir Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə baş tutub. Bakı Milli Geyim Evinin qurucusu və "Sara Xatun" qadın jurnalının baş redaktoru Könül Vəliyeva dəfilə haqqında məlumat verib: "Bugünkü dəfiləmizdə bir müddətdir fəaliyyətini dayandıran "Sara Xatun" jurnalının 15 illik xüsusi buraxılışını və yeni açılan saraxatun.com saytını təqdim edirik. Bakı Milli Geyim Evi ilə "Sara Xatun" jurnalı birlikdə Azərbaycanın tanınmış qadınlarını, sənətkarlarını, səfirlərini, millət vəkillərini milli geyimlərimizdə təqdim edəcək. Nümayiş olunacaq geyimlər xüsusilə bu dəfilə üçün hazırlanıb. Biz hər il bu dəfilələri Novruz bayramı ərəfəsində keçirirdik. Lakin bu dəfə daha geniş konseptdə hazırlandığı üçün bizə 1 il vaxt lazım oldu və ilin sonuna tamamlaya bildik". Tədbirdə ölkənin tanınmış simalarından modelyer Fəxriyyə Xələfova, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Azərbaycan Film Studiyasının rəhbəri Müşfiq Hətəmov və "Teleqraf" Media Qrupun rəhbəri Aynur Camalqızı da iştirak edib. Milli geyimlər jurnalda deputat Jalə Əliyeva, modelyer Fəxriyyə Xələfova, "British Council" təşkilatının Azərbaycan üzrə direktoru, xanım Elizabet Vayt, müğənni Azərin, Alim Qasımovun qızı Fərqanə Qasımova, əməkdar artist Gülzar Qurbanova və digər tanınmış simaların təqdimatında yer alıb. |
XƏBƏR LENTİ
27.04.24 23:15 | İYİ Partiyasının yeni sədri məlum oldu
27.04.24 22:54 | Bu ölkə Ukraynaya daha 100 milyon yardım edəcək
27.04.24 21:53 | Ali Məhkəmənin hakimi intihar etdi
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|