İran-İraq sərhədində ardıcıl güclü zəlzələ - Azərbaycanda da hiss edildiBölmə: Xəbər
İran-İraq sərhəd bölgəsində 7,6 maqnitudada yeraltı təkan baş verib. “Xalqinfo” Avropa Aralıq dənizi Seysmoloji Xidmətinə istinadən xəbər verir ki, yeraltı təkan Bakı vaxtı ilə 22:28-də İranın Sərpol Zəhab şəhərindən 22 km uzaqda baş verib. Zəlzələ ocağı 10 km dərinlikdə yerləşib. Güclü yeraltı təkan İraq, İran, Türkiyə, BƏƏ və Azərbaycanın cənub bölgələrində də hiss edilib. Bundan 12 dəqiqə sonra isə 4,6 və 4 bal gücündə daha iki zəlzələ baş verib. Dağıntılar barədə məlumat yoxdur. *** Zəlzələ ilə bağlı AMEA Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Qurumdan bildirilib ki, zəlzələ Naxçıvan və Lənkəran ərazisində hiss olunub. |
XƏBƏR LENTİ
27.04.24 23:15 | İYİ Partiyasının yeni sədri məlum oldu
27.04.24 22:54 | Bu ölkə Ukraynaya daha 100 milyon yardım edəcək
27.04.24 21:53 | Ali Məhkəmənin hakimi intihar etdi
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|